Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi

Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
 
Bakcell şirkətinin sponsorluğu ilə Bakıda "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real
imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin,
Azərbaycan Respublikası Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və Bir Yol, Bir Kəmər Elm və Texnologiya alyansının təşkilatçılığı
ilə təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının, nazirliklərin, dünyanın 30-dan artıq
ölkəsindən olan universitet və elmi mərkəzləri təmsil edən yüzdən çox tanınmış alim, nüfuzlu
universitetlərin rektorları, rəqəmsal iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət
təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV nümayəndələri iştirak edib.
Konfransda rəqəmsal iqtisadiyyat, rəqəmsal valyutalar, elektron ticarət, rəqəmsal
transformasiya, ağıllı şəhər və digər əlaqəli mövzular üzrə maraqlı çıxışlar, plenar məruzələr və
panel müzakirələri yer alıb.

OXŞAR XƏBƏRLƏR