Azərbaycanlıların vizasız gedəcəyi ölkələrin -SAYI AÇIQLANDI – TAM SİYAHI

Azərbaycanlıların vizasız gedəcəyi ölkələrin -SAYI AÇIQLANDI – TAM SİYAHI
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı açıqlanıb.
FED.az xəbər verir ki, immiqrasiya və ofşor vergi planlaması ilə məşğul olan «Nomad Capitalist» konsaltinq şirkəti dünyanın ən yaxşı pasportlarının reytinqini açıqlayıb. 

Reytinqin hesablanmasında, digər göstəricilərlə yanaşı, vətəndaşların vizasız səyahət edə bildiyi ölkələrin sayı da nəzərə alınıb. Reytinqə əsasən, Azərbaycan vətəndaşları vizasız olaraq 67 ölkəyə səyahət edə bilərlər. 
Keçmiş sovet respublikaları üzrə bu göstərici Litvada 181, Latviyada 180,  Estoniyada 179-dur. Ukrayna vətəndaşları 129 ölkəyə, Moldova 120 ölkə, Rusiya 118 ölkə, Gürcüstan 116 ölkəyə vizasız səyahət edə bilərlər. Qazaxıstan vətəndaşları 76 ölkə, Belarus 75 ölkə, Ermənistan 65 ölkə, Qırğızıstan 63 ölkə, Tacikistan 58 ölkə, Özbəkistan 57 ölkə, Türkmənistan vətəndaşları isə 53 ölkəyə vizasız gedə bilərlər. Qonşu ölkələrdən Türkiyə pasportu vizasız 111 ölkəni, İran vətəndaşları isə cəmi 41y ölkəni ziyarət etməyə imkan verir. Azərbaycanın müxtəlif növ pasportları ilə vizasız səyahət etmək mümkün olan ölkələr aşağıdakılardır:
Azərbaycanın ümumvətəndaş pasportuna malik vətəndaşları üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.

  

Ölkənin adı

İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət

1

Belarus

90 gün

2

Gürcüstan

90 gün

3

Qazaxıstan

90 gün

4

Qırğızıstan

90 gün

5

Moldova

90 gün

6

Özbəkistan

90 gün

7

Rusiya Federasiyası

90 gün

8

Tacikistan

90 gün

9

Ukrayna

90 gün

10

Türkiyə

30 gün

 

Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

  

Ölkənin adı

Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

1. 

İran

15 gün

2.

Serbiya

90 gün

3.

Şimali Makedoniya

(2019-cu ilin 15 sentyabrından 2021-ci ilin 15 martınadək)

90 gün

4.

Monteneqro

90 gün

5.


Bosniya və Herseqovina

 

90 gün

6.

Honq-Konq 

(Çinin Xüsusi inzibati ərazisi – yalnı z diplomatik və xidməti pasport)    

14 gün

7.

Malayziya

(ümumvətəndaş, diplomatik, xidməti pasport)

30 gün

 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...