Azərbaycanlılar Xankəndinə niyə köçürülmür? – “Monitorinq Mərkəzi işə başlayandan sonra…”

Azərbaycanlılar Xankəndinə niyə köçürülmür? – “Monitorinq Mərkəzi işə başlayandan sonra…”
Ötən ilin 10 noyabrından etibarən Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağa xeyli sayda erməni ailələri köçürülüb. Buna baxmayaraq, Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olduğu yerlərinə azərbaycanlıların köçürülməsi ləngiyir.

Sfera.az bunun nədən qaynaqlandığını öyrənməyə çalışıb.

Politoloq  İlqar Vəlizadə azərbaycanlıların köçürülməməsinin texniki səbəblərlə əlaqələndirib:

"Texniki məsələ ondan ibarətdir ki, bu illər ərzində ermənilər azərbaycanlıların yaşadığı evləri zəbt edərək, orada yaşayırlar. İndi də guya həmin evlər onların adınadır. Azərbaycanlıların qayıtması üçün bu ünvanları dəqiqləşdirməli, sənəd tərtib etməliyik. Soydaşlarımız bu ünvanlara mütləq qayıdacaq. Heç kəsin buna şübhəsi olmasın”.

Politoloq burada təhlükəsizliklə bağlı məqamların da olduğunu bildirib: "Proses təhlükəsizlik şəraitində baş verməli və ardıcıllıq, planlı şəkildə həyata keçməlidir.  Təəssüf ki, regionda hələ də separatçı qüvvələr fəaliyyət göstərir. İlk növbədə onlar zərərsizləşdirilməlidir. Nə qədər ki, Araik Arutunyan, Babayan və digərləri orada fəaliyyət göstərir, azərbaycanlıların həmin ərazilərimizə qayıtması bir qədər təhlükəli olacaq.  Bu prosesin təmin edilmıəsində isə sülhməramlılar da iştirak etməlidir”.

Politoloq bu məsələnin həllində Türkiyə hərbçilərinin də yer aldığı Monitorinq Mərkəzinə ümid edir: "Türkiyə sülhməramlılarının gəlişi ilə Monitorinq Mərkəzi fəaliyyətə başlayacaq.  Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də məhz azərbaycanlı məcburi köçkünlərin öz doğma el-obalarına qayıdışının təmininatı və separatçı qurumların ləğv edilməsidir”.

Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...