Azərbaycanlı yüksək vəzifəli şəxs və ailəsi koronavirusa yoluxdu - FOTO

Azərbaycanlı yüksək vəzifəli şəxs və ailəsi koronavirusa yoluxdu - FOTO
 Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev və ailəsi koronavirusa yoluxub.

Sfera.az xəbər verir ki, bunu report-a açıqlamasında Qani Panayevin özü bildirib.

"Ailə üzvlərim 10 gündən çoxdur xəstələnib. Özüm daha əvvəl virusun daşıyıcısı olmuşam, amma bunu hiss etməmişəm və ailə üzvlərimi də yoluxdurmuşam”, - səlahiyyətli nümayəndə deyib. 

O, koronavirusa Rusiyanın Azərbaycanla sərhədyanı bölgəsində Azərbaycanla sərhədin açılmasını gözləyən insanlarla sıx təmasdan yoluxduğunu açıqlayıb: "İnsanlarla sıx təmasda olurdum, düşünürdüm ki, bu xəstəlik mənə keçməyəcək. Sonuncu dəfə mayın 19-da 120 nəfər azərbaycanlını Azərbaycana yola salandan sonra halım pisləşdi. Həkimə müraciət etdim, o mənə koronavirus diaqnozu qoydu. Ailəmdə həyat yoldaşım, oğlum, iki qızım, anam və gəlinim xəstədirlər. Mənim immunitetim yaxşı olduğuna görə bu müddət ərzində sağlamlığımda hər hansısa narahatlıq hiss etməmişəm, oruc tutandan, yəni orqanizmim zəifləyəndən sonra xəstəliyi hiss etməyə başladım. Hazırda özüm ailədən ayrı qalıb müalicə olunuram. Xəstəxanalardakı şəraitsizlikdən dolayı ora müraciət etməmişik. Hazırda hərarətimiz var, temperaturumuz 37,2 dərəcədən aşağı düşmür”.

Q.Panayev koronavirus pandemiyası ilə əlaqədar Rusiyanın müxtəlif regionlarından Dağıstana toplaşan və Azərbaycanla sərhədin açılmasını gözləyən azərbaycanlıların problemləri ilə kimin məşğul olduğuna da aydınlıq gətirib.

"Bunu Dağıstanın prezidentinə tapşırıblar, o isə, öz növbəsində, Dərbəndin icra hakiminə göstəriş verib. Onlar bu işi mənimlə əlaqə saxlayaraq edirlər. Hazırda Dərbəndin icra hakimiyyəti azərbaycanlılara kömək edir”, - o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...