No Image

Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO

Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Azərbaycanlı jurnalist Aynur Mirhəsən (Təhməzova) 44 yaşında vəfat edib.

Sfera.az "Report”a istinadən xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, Aynur Mirhəsən qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Son günlər isə səhhəti ağırlaşıb. Kimyaterapiyadan sonra ağciyərləri fəaliyyətini dayandırıb.

Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A.Mirhəsən 1976-cı ilin yanvarın 27-də Bakıda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Yeni Müsavat”, "Üç nöqtə”, "Həftə içi” qəzetlərində, "Medifaorum”, "Ann.az” saytlarında işləyib. "Mediaforum” saytında layihə rəhbəri olub. Son illərdə Türkiyədə yaşayırdı.

Allah rəhmət eləsin!
 


OXŞAR XƏBƏRLƏR

Koronavirusla bağlı daha bir yalan: Uşaqlar üçün təhlükəsizdirmi? – HƏKİM RƏYİ

Yeni tədris ili başlayandan bu günə qədər 144 şagird, 49 məktəb heyətində koronavirus aşkarlanıb. Məktəblilər arasında yoluxma sayı hər keçən gün artsa...

Könül Nurullayeva: "Nizami rayon sakinlərini narahat edən sosial problemləri nəzarətə götürmüşük”

  Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə növbəti canlı görüşü sentyabrın 25-i Keşlə qəsəbəsi R.Ağayev 4, Q.Sadıq, 1-ci Kö...

Bu gündən daha bir qadağa qüvvəyə mindi

 Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.   ...

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır

 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı ta...

“Mənim Bakım” layihəsi çərçivəsində “İçərişəhərin məscidləri” nümayiş olunub

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Mənim Bakım” layihəsi çərçivəsində "İçərişəhərin məscidləri” adlı...

Göygöldə evə basqın: Bıçaqlananlar var

 Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb. Sfera.az xəbər verir ki, Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaş...