Sumqayıtda evdə yanğın oldu – VİDEO

Sumqayıtda evdə yanğın oldu &ndash;<span style="color:#ff0000"> VİDEO</span>
Kateqoriya məlum deyil21.08.25, 10:403 👁️
T

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
 

Nazirliyin Mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinin yardımçı tikilisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin təsərrüfat otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.
 

Yardımçı tikilinin qalan hissəsi və fərdi yaşayış evi yanğından mühafizə olunub.


 

PAYLAŞ
Sehliyali
Yüklənir...