No Image
No Image

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA
 Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib

"Miss Azərbaycan-2020” milli gözəllik müsabiqəsinin qalibi Banu Şücai İstanbulda çəkdirdiyi fotolarını nümayiş etdirib.

Model Sputnik Azərbaycan-a bildirib ki, fotosessiya keçirməyi çoxdan planlaşdırırmış, amma koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin qaydalarına görə onu dəfələrlə təxirə salıb.

Milli gözəllik müsabiqəsində qalibiyyətdən sonra Banu Şücai bu fikrini gerçəkləşdirə bilib.

Fotoqraf Həsən Əliyev modelin bir neçə obrazda şəkillərini çəkib.

Şəkillərdə Şücai qara ziyafət paltarındadır. Onun fikrincə, bu rəng onu güclü və əsrarəngiz qadın kimi xarakterizə edir.

Banu Şücai Miss Globe International və Miss smile titullarının sahibidir. Bir çox respublika və beynəlxalq müsabiqədə iştirak edib, reklam çarxlarında çəkilib. Əsasən fotomodel kimi çalışır.

Model karyerasından savayı, Şücai həm də oxuyur. O, "Səs Azərbaycan” müsabiqəsinin finalçısıdır. Müsabiqədə ona müəllimlik edən Azərbaycanın Xalq artisti Mübariz Tağıyev Banunu indi də dəstəkləyir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Masumlar Apartmanı” serialının ulduzu həyat yoldaşından boşandı

Türkiyəli aktrisa, son zamanlar "Masumlar Apartmanı” adlı serialdakı obrazı ilə məşhurlaşan Mərvə Dizdar həyat yoldaşından ayrılıb.   Sfera.az bildirir k...

41 yaşlı Yalın özünə gənc sevgili tapdı - FOTO

Məşhur türkiyəli müğənni Yalın yeni eşq yaşayır. Sfera.az bildirir ki, ifaçı ötən gün Marmarisdə istirahət edərkən paparazzilərin kamerasına tuş gəlib. Qa...

Məşhur şoumen təcavüz iddialarına cavab verdi - FOTO

Türkiyəli şoumen Mehmet Əli Ərbil müğənni Seda Sayanın təcavüz iddiasına cavab verib.   Sfera.az bildirir ki, bu barədə şoumen sosial şəbəkə hesabında pa...

Seda Ərbili təcavüzdə ittiham etdi - FOTO

Türkiyəli müğənni Seda Sayan şoumen Mehmet Əli Ərbilin onun haqqında dediyi "keçmişi təmiz deyil" sözlərinə cavab verib. Sfera.az xəbər verir ki, sənətçi ...

17 ildən sonra barışan Cennifer Lopez-Ben Afflek cütlüyü öpüşərkən görüntüləndi - FOTO

Məşhur cütlük Cennifer Lopez və Ben Afflek obyektivlərə öpüşərkən yaxalanıb.   Sfera.az bildirir ki, bununla da Hollivud ulduzlarının 17 ildən sonra yeni...

"Oskar" mükafatçısı vəfat etdi - FOTO

Amerikalı aktyor Ned Betti dünyasını dəyişib.   Sfera.az bildirir ki, 83 yaşlı aktyorun meneceri Deborah Miller bu barədə açıqlama verib. Onun sözlərinə ...