Azərbaycanı 48 rublla tərk edən milyarderin həyat hekayəsi – Fərhad Əhmədovun doğum günüdür

Azərbaycanı 48 rublla tərk edən milyarderin həyat hekayəsi – Fərhad Əhmədovun doğum günüdür
Bu gün azərbaycanlı milyarder Fərhad Əhmədovun doğum günüdür.
 
Sfera.az bildirir ki, Fərhad Əhmədov ölkəmizdə xeyriyyəçilik işləri ilə seçilən dəyərli şəxslərdəndir. Yaddaşlarda yüzlərlə xəstəyə şəfa tapmaq üçün kömək edən, açdığı iş yerlərində minlərlə insana çörək verən, məktəb tikdirən, təmir etdirən, Azərbaycanı xaricdə təmsil etmək üçün sərgilər və tədbirlər təşkil edən insan olaraq qalan biri…

Göyçaydan Moskvaya gedən uğur yolu

Fərhad Əhmədov 1955-ci ildə Göyçayda anadan olub. 15 yaşında Moskvaya gələrək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.

Həmin illər haqda danışan iş adamı bunları deyib:

"15 yaşında Bakıdan getdim, cibimdə 48 rubldan başqa heç nəyim yox idi. Sonra iki il dəniz piyada qüvvələrində hərbi xidmət keçdim. Evə dedim ki, mənə bir qəpik də pul göndərməyin, heç şəkərbura da, nar da göndərməyin, vəssalam. Çünki insan psixologiyası belədir ki, havayı gələndə düşünür ki, elə həmişə belə olmalıdır”.

Onun uğura gedən yolu asan olmayıb. Çətinliklərə rəğmən, Əhmədov 1987-ci ildə "Tansley Trading” şirkətini yaradaraq neft-qaz sahəsində işə başlayıb. Şirkət SSRİ hökuməti ilə Qərbin iri neft şirkətləri arasında vasitəçi rolunu oynayıb. Rusiyadan Avropaya neftin çatdırılmasını təmin edən şirkət əks istiqamətdə müasir neft avadanlıqlarını və qurğularını idxal edirdi. Bu biznesdə onun əsas tərəfdaşı "Qazprom” şirkəti idi. 
İş adamı 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun yaradıcılarından biri olur. Bu layihəyə o, "Amoco Euroasia” və "McDermott” şirkətlərini də cəlb edə bilir. 1993-cü ildə "Transley Tradinq”in adı dəyişdirilərək "Farko Qrup” olur. "Farko Qrup” Rusiyanın Şimal-Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alır. Elə həmin ildən etibarən F.Əhmədov bu yataqda hasilat işləri aparan "Nortqaz” şirkətinin Direktorlar şurasının üzvü olur.
 


Qazanclar, təzyiqlər, düşünülmüş addımlar…

"Nortqaz”ın səhmlərinə sahib olmaq ideyası Fərhad Əhmədovun ən uğurlu biznes sövdələşməsi kimi tanınır. Məhz "Nortqaz” buna qədər də kifayət qədər zəngin olan azərbaycanlını milyarderə çevirir və o, uzun müddət Rusiya neft bazarında "Qazprom”un inhisarına qarşı dayanır. 1999-cu ildən 2004-cü ilə qədər "Nortqaz”ın prezidenti səlahiyyətlərini icra edən Fərhad Əhmədov 2004-cü ildə Krasnodar vilayətindən Rusiya Federasiya Məclisinə senator seçilməsi ilə əlaqədar vəzifəsini könüllü tərk edir. 

Təzyiqlərə dözməyərək, 2005-ci ildə o, "Nortqaz”ın əsas səhmlərini "Qazprom”a satır. 2012-ci ilin noyabrında Fərhad Əhmədov "Nortqaz”da qalan səhmlərini "Novateka” şirkətinə 1,375 milyard dollara satır. Əldə etdiyi gəlirin bir hissəsini "Qazprom”, "Lukoyl”, "Sberbank” və "Norilsk Nikeli” kimi Rusiyanın maliyyə bazarı nəhənglərinin səhmlərinə yatırır.
 

Yarım qalmış arzuları tamamlayan şəxs

İş adamı həm də ata yadigarına sahib çıxıb. O, bir zamanlar atasının rəhbərlik etdiyi nar şirəsi istehsalı üzrə "AzNar” adlı kiçik zavodu satın alıb. Şirkət Göyçay rayonunda geniş nar bağlarına sahibdir. Bu haqda danışarkən belə deyib: 

"2006-cı ildə mən atamın xatirəsini, yarımçıq qalmış arzusunu başa çatdırmaq üçün "AzNar” MMC yaradıb bu müəssisəni aldım. Bu işə yardımçı olanlar arasında vaxtilə atamla birlikdə çalışmış insanlar da var”.

Xeyriyyəçi milyarder

Xeyriyyəçilik Fərhad Əhmədovun həyat fəlsəfəsinin prinsipial təməllərindən biridir. O, "AzNar" və digər təşkilatlar vasitəsilə mütəmadi olaraq məktəblərə, uşaq təşkilatlarına, tibb müəssisələrinə, tələbələrə, əlillərə və veteranlara maddi yardım göstərir. İş adamı dəfələrlə Azərbaycan rəssamlarının əsərlərinin xaricdə – London, Venesiya və Parisdə sərgilərini təşkil edib. O, "Nar festivalı”nın – artıq 15 ildir ki, noyabr ayının ilk ongünlüyündə Göyçay rayonunda keçirilən və ildən ilə artan ümummilli və beynəlxalq marağa səbəb olan mədəni-kütləvi tədbirin təşəbbüskarı və əsas sponsorudur. 2020-ci ilin mart ayında, koronavirus pandemiyasının qızğın çağında Azərbaycanın Prezidenti İlham Əliyevin çağırışına cavab verərək, rəhbərlik etdiyi "AzNar" QSC-nin adından Koronavirusla mübarizə fonduna 1 milyon manat vəsait köçürüb. O, həmçinin Göyçay rayonunda 1600 ailəyə maliyyə və ərzaq dəstəyi göstərib.

İkinci Qarabağ Müharibəsi dövründə Əhmədovun rəhbərlik etdiyi "AzNar" QSC Azərbaycan Silahlı Qüvvələrinə əvəzsiz yardım şəklində 1 milyon manat dəyərində dərman, geyim, ərzaq məhsulları və digər ilkin tələbat əşyaları göndərib. Müharibə başa çatdıqdan sonra iş adamı həlak olan hərbçilərin və müharibə veteranlarının ailələrinə dəstək fonduna daha 1 milyon manat köçürüb. Sahibkar bu yaxınlarda Göyçay rayonunda çoxsaylı yeni iş yerləri də yaradıb. Ona məxsus olan "AzNar” QSC Göyçaydakı eyni adlı müəssisəni genişləndirərək orada yeni 4 ulduzlu otel, restoran, qazlı və qazsız içkilər sexi, çamaşırxana-kimyəvi təmizləmə mərkəzi açıb. İyunun 12-də istifadəyə verilən həmin obyektlərdə 100-dən çox yeni iş yerləri yaradılıb.
 

 
2019-cu ildə Fərhad Əhmədovun inşa etdirdiyi dörd ulduzlu Nar otelinin sonradan daha bir korpusu istifadəyə verildi və otaqların sayı 80-ə çatdı. Amma bu qədər otaq belə tələbatı ödəmir. Odur ki, daha 50 otağın inşası planlaşdırılır. Avropa standartlarına uyğun təchiz edilmiş oteldə spa-mərkəz və türk hamamından savayı, tezliklə  müalicəvi nar vannaları da istifadəyə veriləcək.
 

 
Şərabçılığı ilə məşhur olan Fransa turistləri şərab vannaları ilə cəlb edirsə, dünyanın ən yaxşı nar sortlarının yetişdirildiyi Göyçay rayonunun qonaqlara özünəməxsus nar vannaları təqdim etməsi tamamilə məntiqlidir.

Qeyd edək ki, 15 sentyabr 2020-ci il tarixdə Azərbaycanın Prezidenti İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunması haqqında fərman imzalayıb. Onun şəxsiyyəti, siyasi esseləri və digər fəaliyyətləri Forbes səviyyəli ciddi sahə nəşrlərinədək bütün KİV-in daim diqqət mərkəzindədir.

Türkan
Sfera.az
 



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

27 sentyabr... Hələ bir neçə il əvvələdək təqvimin bu tarixi payızın ilk günləri, sadəcə olaraq IX ayın 27-ci günü idi. Lakin bir il əvvəl bütün bu adilik, 27 r...

Bu gün Azərbaycanda Anım Günüdür

44 günlük Vətən müharibəsinin (Dəmir Yumruq əməliyyatı – red) başlanmasından bir il ötür. Sfera.az xatırladır ki, 2020-ci ilin 27 sentyabrı səhər saatları...

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq

27 sentyabr paytaxt Bakı şəhərində Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi üçün Neftçilər prospekti ilə Azadlıq meydanında...

Həftəsonu nəqliyyat qadağası ləğv olundu - RƏSMİ AÇIQLAMA

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karanti...

Tələbələri dini təhsil almaq üçün İrana hansı qurum göndərir? - “Rəsmi şəkildə getmirlər...”

"Mən işlədiyim zaman – 2002-ci ildə İranda 250 nəfər azərbaycanlı dini təhsil alırdı və onların heç biri rəsmi yolla getməmişdi”. Bunu Sfera.az-a açıql...

Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi, dələduzluqda ittiham edir

FETÖ terror təşkilatına yardım ittihamı ilə Türkiyədə 5 il azadlıqdan məhrum edilən, cəzası yüngülləşdirilərək şərti azad olunan azərbaycanlı biznesmen, "Palmal...