Azərbaycanda yeni dəb: doğum tarixi "zerkalnı" olan körpələr - HƏKİMDƏN HƏYACAN TƏBİLİ

Azərbaycanda yeni dəb: doğum tarixi

 

Son illər Azərbaycanda uşaqların "zerkalnı” tarixdə doğulması üçün anaların keysəriyyə əməliyyatına başa vurması populyar hal alıb. Övladının xüsusi tarixdə dünyaya gəlməsini istəyən valideynlər tibbi müdaxilə yolu ilə doğuşu 1-2 gün tezləşdirir, ya da yubadırlar. Məsələn, ötən il xeyli sayda valideyn körpələrini 19.12.2019 tarixində dünyaya gətirmək üçün doğuş tarixini dəyişməyə çalışıb.

 

Sosial şəbəkələrdə gedən müzakirələrdə bildirilir ki, həmin günlər xəstəxanalarda digər xəstələri yatırmağa yer tapılmır. 2020-ci ildə də belə "zerkalnı” tarixlər (02.02.2020 və ya 20.02.2020) mövcuddur.

 

Bəs doğuşu tibbi müdaxilə yolu ilə tezləşdirmək və ya yubatmaq ananın və dünyaya gələcək körpənin sağlamlığına necə təsir edir?

 

 

Mama-ginekoloq Gülnar Ağayeva bu təhlükəli tendensiyadan danışıb.

 

O bildirib ki, bu qərarı verən ana və onunla razılaşan həkim məsuliyyət daşıyır:

 

"Bu heç bir millətdə yoxdur, təkcə bizim millətdə olan bir fikirdir. Doğuşun vaxtıdırsa, sən doğuşa müdaxilə edə bilməzsən. Əgər keysəriyyə əməliyyatına göstəriş olarsa, o zaman keysəriyyə əməliyyatı baş tuta bilər. Düzdür, doğuşu 2-3 gün gec və ya tez etmək olar. Amma məhz uşaq bu tarixdə doğulsun deyə, normal doğuşa imkan ola-ola keysəriyyə əməliyyatı etdirmək istəyənlərin psixologiyasında problem var. Burda həm ana, həm də həkim məsuliyyət daşıyır. Belə doğuşun müxtəlif fəsadları da ola bilər. Bu əməliyyata razılıq verən həkim də normal deyil".

 

Həkimin sözlərinə görə, keysəriyyə əməliyyatına yalnız göstəriş olduqda icazə vermək olar:

 

"İndi bir çox xəstəxanada göstəriş olmadan keysəriyyə əməliyyatına icazə vermirlər. Göstərişlərə isə gözdə zəiflik, uşaqlıq yolunda çapıq və s. aid edə bilərik.

 

Belə əməliyyatın daha çox anaya fəsadları olur. Məsələn uşaqlığın yığılma qabiliyyətinin pozulması, embaliya, qanaxma və s. ola bilər”.

 

"Yenisabah.az”

OXŞAR XƏBƏRLƏR

"Koronavirus qatil deyil, hamını sağaldacağıq" – XİLASKAR HƏKİM DANIŞDI

Gürcüstanda koronaviruslu aktiv xəstələrin bir çoxununvəziyyəti müsbətə doğru dəyişir. Həkimlər onların hamısını sağaldacaqlarına ümid edirlər.    ...

Koronavirusla bağlı “qara statistika”: Ölkələr üzrə ölüm və yoluxma reytinqi

Son məlumatlara görə, hazırda dünyada 800.000-dən çox Covid-19 xəstəliyinə yoluxma qeydə alınıb. Cəmi 801,400 xəstə məlumdur, onlardan 170.325-i sağalıb, 38.7...

İlqar Məmmədov xocalılara seçki bülleteni kimi baxır? - ReAL sədrinin statusu aranı qatdı

Respublikaçı Alternativ Partiyasının(REAL) sədri İlqar Məmmədovun Xocalı faciəsi ilə bağlı fikirləri cəmiyyətdə narazılıqla qarşılanıb. Sfera.az xəbər verir ...

Siqaretlər nə qədər bahalaşacaq? – Ekspertdən gözlənilən qiymət artımı ilə bağlı açıqlama

"Aksiz dərəcəsinin artımından sonra siqaretin də qiyməti bahalaşacaq. Ancaq bu bahalaşmanın nə qədər olacağını proqnozlaşdırmaq çətindir”. Sfera.az-a a...

Nərmini öldürdüyü deyilən Altay TV-yə müsahibə verdi: “ÖZ AYAĞIMLA PROKURORLUĞA GETDİM…”

Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı istintaq tərəfindən araşdırılır. Sfera.az xəbər verir ki,...

Səs yazısında adı keçən Altay Ələkbərov: "Nərminin yandırıldığı yerlə mənim evimin arasında..."

"Mən xahiş edirəm o xəbərlərin əsaslı və ya əsassız olduğunu təyin etmək üçün kəndə gələsiniz. Buyurun, gəlin, evimi çəkin. Mən nə lazımdırsa göstərməyə ha...