Azərbaycanda vəzifəli şəxsin oğlu bıçaqlandı
11:50 / 23.03.2020
7295
Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın Report-a istinadən verdiyi məlumata görə, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmrəylisi 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb.
Məlumata görə, N.Qürbətov Agcabədi Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.
Qeyd edək ki, N.Qürbətovun atası Nadir Qürbətov 82 saylı Ağcabədi dairə seçki komissiyasının (DSK) sədridir.