Azərbaycanda uşaqlara qarşı cinayət: 266 nəfər məsuliyyətə cəlb olunub

Azərbaycanda uşaqlara qarşı cinayət: 266 nəfər məsuliyyətə cəlb olunub

Bu ilin ilk 9 ayında Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı 159 cinayət törədilib.

Sfera.az-ın məlumatına görə, bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müddətdə uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub:

"Görülmüş işlər nəticəsində 9 ay ərzində respublikada uşaqlara qarşı törədilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə 38 fakt az olub. Erkən nikahlar kifayət qədər aktual olduğu üçün Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanaraq yerli orqanlara göndərilib".

Nazir müavini həmin göstərişlərin icrasının daim nəzarətdə saxlanıldığını qeyd edib: "İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Zorakılığa qarşı potensial qüvvələr hesab olunan, küçələrdə müxtəlif əmək növləri ilə məşğul olan, eləcə də avaralıq və dilənçilik edən uşaqlar, onları buna vadar edənlər reydlər zamanı aşkar olunur. Yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, müxtəlif qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə təkcə bu ilin 9 ayı ərzində 1200-dək reyd və yoxlamalar keçirilib. Bununla yanaşı, uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, qeyri-insani rəftara məruz qalmasını, qanunsuz fəaliyyət göstərən icmalara cəlb olunmasının qarşısının alınması daha da genişləndirilib". (yeni sabah)

OXŞAR XƏBƏRLƏR

“15 yaşlı qızı hamilə buraxan müəllimə 1 il iş kəsildi”

  Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verib.  Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaş...

Cəlilabadda karantini pozan kafe aşkarlandı

  Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat X...

Xaçmazda ər arvadını qətlə yetirib

  Avqustun 10-da saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat dax...

Beyləqanda əxlaqsız yuva aşkar edilib

  Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi...

Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır

 Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən 36 yaşlı Mədinə Qreçneva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Sfera.az xəbər verir ki, şi...

İmişlidə oğurluq edən şəxslər saxlanılıb

  İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki məktəbdən və evlərin birindən oğurluq edən şəxsl...