Azərbaycanda tədavülə yeni yubiley pul nişanları buraxılıb

Azərbaycanda tədavülə yeni yubiley pul nişanları buraxılıb
 

Bu il Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümü və əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə, hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanlarını tədavülə buraxıb.

Sfera.az "Report" -a istinadla xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31,1 qr. (+ 0,1 qr.), diametri isə 38,61 mm. təşkil edir. Pul nişanları Böyük Britaniyanın "The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun "Pruf” texnologiyası əsasında istehsal edilib.

Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda AMB-nin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Dövlət Gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

ARDNF-in 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Fondun inzibati binasının təsviri, loqosu, azərbaycan və ingilis dillərində "Azərbaycan Respublikası Dövlət Neft Fondu” və "20 il” sözləri, arxa tərəfində isə Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...