Azərbaycanda koronavirusdan ölən ilk şəxslə bağlı daha bir RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusdan ölən ilk şəxslə bağlı daha bir RƏSMİ AÇIQLAMA
 "Ötən gün COVİD-19-dan dünyasını dəyişən 1969-cu il təvəllüdlü qadın Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölməyib”.
 

Sfera.az bildirir ki, bunu ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a sosial şəbəkələrdə koronavirusdan (COVİD-19) ölən xəstənin Universitetdə dünyasını dəyişməsi və iki rezidentə bu virusu yoluxdurması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, həmin şəxs Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna transfer olunmuşdu: "Xəstə köçürüldükdən sonra Tədris Cərrahiyyə Klinikasının Kardiologiya və urologiya şöbəsi boşaldılıb və dezinfeksiya edilib. Hər ehtimala qarşı qadınla təmasda olan 110 nəfərdən analiz götürülüb. Nəticələr neqativ çıxıb”.

G.Aslanova bildirib ki, iki rezidentin bu virusa yoluxması ilə bağlı yayılan məlumatlar yanlışdır. 

Qeyd edək ki, sosial şəbəkələrdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxan xəstənin ölməsi və daha iki rezidenti yoluxdurması, eyni zamanda klinikaların bağlanması ilə bağlı məlumat yayılıb. 



OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...