No Image
No Image

Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı? - AÇIQLAMA

Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı? - AÇIQLAMA
Dünya bazarında ərzaq qiymətləri yüksəlməyə davam edir. Dünyanın məşhur "Bloomberg” agentliyi növbəti dəfə bu barədə hesabat yayımlayıb. Hesabatda COVID-19 pandemiyasının davam etməsi səbəbindən dünya iqtisadiyyatına ciddi zərərin dəydiyi qeyd olunur.

Son aylada ölkəmizdə ərzaq məhsullarında qiymət artımı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sfera.az-a verilən məlumata əsasən həm idxalçı həm də yerli istehsalçı şirkətlərə məxsus məhsulların qiymətlərinin tələb-təklif və qlobal bazardakı duruma uyğun şəkildə dəyişdiyi bildirilir.

Dövlət Agentliyindən aparılan monitorinqlərə əsasən süni qiymət artımının qeydə alınmadığı bildirilir.

"Bazar iqtisadiyyatı şəraitində qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) istisna olmaqla, digər malların (işlərin, xidmətlərin) qiymətləri rəqabət mühitində, tələb-təklif əsasında formalaşır. Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi müxtəlif səbəblərdən, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilər. Bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir.

Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsinə təsir göstərmək məqsədilə dövlət tərəfindən müvafiq iqtisadi vasitələrdən – bazarda sağlam rəqabət mühitinin yaradılması, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. bu kimi tədbirlərdən istifadə edilir.

"Antiinhisar fəaliyyəti haqqında” Qanuna əsasən, bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin süni qıtlıq yaratmaq və yaxud qiymətləri artırmaq məqsədi ilə istehsalın həcmini dəyişdirməsi və yaxud əmtəələri dövriyyədən çıxarması, digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaratması, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya etməsi (qiymətlərin artırılması, azaldılması və ya bir səviyyədə saxlanılması) qadağan olunmuş fəaliyyətlərdir. Bu hallar özünü ilk növbədə istehlak bazarında qiymətlərin səviyyəsində göstərir.

Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Monitorinqlərin nəticələri təhlil olunaraq, rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır. Aparılmış təhlillər zamanı hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib", - məlumatda deyilir.

Qeyd edək ki, əsassız qiymət artımına yol verilməklə rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran hərəkətlərə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Dövlət Xidmətindən bildirilib ki, "Antiinhisar fəaliyyəti haqqında” Qanunda əsassız qiymət artımına yol verilməklə əldə olunan mənfəət həcmində cərimə nəzərdə tutulur:

"Eyni zamanda qanunvericilikdə əsassız qiymət artımları nəticəsində inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cinayət məsulliyəti nəzərdə tutulur.

Əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirləri bundan sonra da davam etdiriləcək.

Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək, habelə cinayət tərkibli hallar aşkar edildikdə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilicək”.
Qeyd edək ki, bir müddət əvvəl son 1 ildə dünyada ərzaq qiymətləri ən yüksək həddinə çatması barədə araşdırmamızı yaymışdıq. Araşdırmada da göstərildiyi kimi COVID-19 pandemiyası, müəyyən ixracatçı ölkələrdə quraqlığın olması və dolların zəifləməsi fonunda qiymət artımı əsasən taxıl, buğda, düyü, şəkər və bitki yağları kimi məhsullarda qeydə alınıb".

Turan Bank

OXŞAR XƏBƏRLƏR

İqtisadiyyat Nazirliyi sahibkarlara XƏBƏRDARLIQ ETDİ

İstehlak bazarında malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri ilə bağlı istehlakçıların müraciətləri də artır. Sfera.az xəbər verir...

Azərbaycanda mənzil tikintisi kəskin azaldı - SƏBƏB

Bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsində ötən illə müqayisədə ciddi azalma var.  Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, ...

"Aİ-92" markalı benzin keyfiyyətsizdir, ona görə də...” – Ekspert benzin idxalının artmasını şərh edir

2021-ci ildə də Azərbaycana "Aİ-95" markalı ("Premium”) avtomobil benzininin idxalında artım davam edib. Rəsmi məlumatlara əsasən, bu ilin yanvar-fevral aylar...

“Fişinq” hücumları barədə xəbərdarlıq edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlərdə bankları hədəf alan "fişinq” hücumları bar...

Azərbaycan nefti yenidən bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,24 ABŞ dolları, yaxud 0,36 % artıb. Sfera.az...

Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 20 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, aprelin 20-də ola...