No Image
No Image

Azərbaycanda daha üç məktəb distant təhsilə keçdi

Azərbaycanda daha üç məktəb distant təhsilə keçdi
Ağdaş rayonunda daha üç orta məktəb distant təhsilə keçib.

Sfera.az  xəbər verir ki, Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəb və ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü humanitar gimnaziyada müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən aprelindən 24-dən etibarən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin tədris ocaqlarında dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Artıq məktəb rəhbəliyi şagird və valideynləri xəbərdar edib. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəblərin girişi və bütün otaqları, idman zalları dezinfeksiya edilib.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində Ağdaş rayonu üzrə təhsil müəssisələrində bu günə kimi 60-a yaxın şagirddə və 30-dan çox müəllimdə COVID-19 virusu aşkarlanıb.
 
(report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox müraciət daxil olub

Paytaxt məktəblərinin birinci sinfinə 43 mindən artıq uşaq üçün elektron sistem (http://www.mektebeqebul.edu.az) vasitəsilə müraciət edilib. Sfera.az xəbə...

Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq

Azərbaycanda "Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiqlənib. Sfera.az-ın məlumata görə, bununla bağlı Təhsil Na...

İmtahanda ən yüksək bal toplayan şagird - FOTO

Xəbər verdiyimiz kimi, bu gün 22 və 23 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Sfera.az xəbər verir ki, imtahan işt...

Bakıda 12 məktəbdə dərslər dayandırıldı - SİYAHI

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib. ...

Təhsil haqları ilə bağlı müraciətlərin qəbulu başlayır

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin...

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-si və 23-də keçirilən buraxılış imtahanlarının nəticələrini elan edib. Sfera.a...