Azərbaycanda daha bir qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Başına 7 tikiş qoyulub

Azərbaycanda daha bir qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Başına 7 tikiş qoyulub
Azərbaycanda daha bir qadın əri tərəfindən şiddətə məruz qalıb.
 
Bu barədə Sfera.az-a "Təmiz Dünya" qadın və uşaq sığınacağından məlumat verilib. Qeyd olunub ki, 15 yaşında evləndirilən və iki övladı olan xanımın həyat yoldaşı oğurluq, cinayətlərə görə həbs olunub və 13 il cəza alıb:

"Həmin şəxs həbsdən çıxdıqdan sonra anası ilə birlikdə qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovublar. Sözügedən şəxs ardınca "barışmaq” adı ilə qızın ata evinə gələrək orada dəfələrlə döyüb. Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar "barış və ərizəni götür”, deyə təyziq ediblər. Qadın məcbur olub ərizəni götürdükdən sonra, acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri qalıb”.

Qurum bildirib ki, ölkədə bu cür məsələlər artıq ciddi narahatlıq yaradır:

"Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də, ciddi tədbir görülmür. Bu qadın məcbur bir müddət sonra sığınacaqdan çıxmalıdır. Onun başına hər hansı hadisə gəlsə, "Ər yoldaşını öldürdü” xəbər başlıqlarına 2 saniyə baxıb keçməklə kifayətlənəcəyik. Biz indidən SOS siqnalı veririk ki, kifayət qədər sığınacaqda qalan qadınların təhlükəsi hələ də davam edir”.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...