Azərbaycanda COVID-19-a görə ərzaqçatdırma xidməti işə salınır - RƏSMİ

Azərbaycanda COVID-19-a görə ərzaqçatdırma xidməti işə salınır - RƏSMİ
 Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq.
 
Bu, koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalarda öz əksini tapıb.
 
Qaydada alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması tapşırılıb.
 
Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə, cavabdeh şəxslər barədə ciddi tədbirlər görüləcək.

OXŞAR XƏBƏRLƏR