Azərbaycanda biznes kreditlərinə tələb kəskin artıb

Azərbaycanda biznes kreditlərinə tələb kəskin artıb
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan ev təsərrüfatlarına 2021-ci ildə verilən kreditlərin həcmi kəskin şəkildə artıb. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar tərəfindən ev təsərrüfatlarına verilən biznes kreditlərin həcmi bu il 477 milyon manat, yəni 56,3 faiz artaraq 1,324 milyard manata çatıb. 

Qeyd edək ki, bu məbləğə vaxtında geri qaytarılan kreditlərin məbləği daxil edilib. 
Ötən ilin sonunda ev təsərrüfatlarının biznes kreditləri üzrə borcu 847 milyon manat, 2018-ci ilin sonunda 499 milyon manat olmuşdu. 

Dinamika göstərir ki, son illərdə ev təsərrüfatlarının biznes krediti istəyi xeyli artıb və bunun nəticəsində onların banklardan aldıqları borclarda biznes kreditlərinin payı sürətlə artır. 2018-ci ildə ev təsərrüfatlarının ümumi kredit borclarının 9,73 faizi biznes kreditlərindən ibarət olduğu halda, hazırda bu göstərici 16,86 faizdir. 
Bu fakt onu göstərir ki, ev təsərrüfatlarına verilən kreditlərdəki artımda biznes kreditlərinin xüsusi rolu böyüyür. 

Ev təsərrüfatlarının sahibkarlıq fəaliyyəti ilə bağlı aldığı kreditlərin məbləğinin artması onun ümumi biznes kreditlərindəki payını da artırır. İki il əvvəl cəmi biznes kreditlərinin 6-7 faizini ev təsərrüfatları aldığı halda hazırda nisbət 14 faizi ötüb. 

Qarşıdakı illərdə nisbətdəki böyümənin bir qədər də artacağı yəqindir.  

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Startapların mənfəət vergisindən azad edilməsi lazımdırmı?

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Startap layihələri 3 il müddəttinə mənfəət vergisindən azad olunub. Bəs, mənfəət vergisinin ləğvi...

Azərbaycan Türkiyəyə qaz ixracını artıracaq

"Son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərba...

Azərbaycanda 250 min sahibkar qadın var

Azərbaycanda fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini qadınlar təşkil edir.   Sfera.az bildirir ki, sahibkar qadınların 30,5 faizi Bakıda, ...

Tikinti materialları BAHALAŞIB - QİYMƏTLƏR

Ötən il mal və xidmətlərdə müşahidə edilən bahalaşma tikinti və mənzillərin təmiri xərclərində də baş verib. Bu sektorda qiymət artımları orta hesabla 10 faizi ...

Pambıq istehsalçılarına ŞAD XƏBƏR

"Azərbaycanda bu il xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq". Sfera.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salya...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları hə...