Hadİsə

Azərbaycanda bir neçə icra başçısı xəstəxanaya yerləşdirildi - SON DƏQİQƏ

Azərbaycanda bir neçə icra başçısı xəstəxanaya yerləşdirildi - SON DƏQİQƏ
 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməsi yerli İcra hakimiyyətlərinin rəhbərlərini təşvişə salıb.


Sfera.az xəbər verir ki, məlumatda bildirilib ki, DTX-nın icra başçılarına yönəlik əməliyyatları davam edəcək və yaxın vaxtlarda daha bir neçə qalmqallı həbsin şahidi olacağıq.


Bu aralar bəzi icra başçıları DTX əməkdaşlarının hər an qapıda görünə biləcəyi qorxusundan başını itirib. Hətta özünəməxsus çıxış yolu fikirləşənlər də var.


Məsələn, 90-cı illərin sonlarından indiyə kimi icra başçısı işləyən məmurlardan biri özünü xəstəliyə vurub. Tabeliyindəki işçilərə özünü yaxşı hiss etmədiyini söyləyən həmin məmurun hətta xəstəxanaya yerləşdiyi də bildirilir. Onun bu yolla ara sakitləşənə kimi özünü sığortalamaq istədiyi söylənilir.


Xatırladaq ki, bu ilin əvvəlindən bəri 5 icra başçısı həbs olunub: Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və İmişlinin icra başçısı Vilyam Hacıyev...


Siyahının genişlənəcəyi istisna olunmur...
 
(modern.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X