Azərbaycanda bal idxalına məhdudiyyətlər qoyula bilər

Azərbaycanda bal idxalına məhdudiyyətlər qoyula bilər

Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə bal idxalına məhdudiyyətlərin tətbiq edilməsinə dair ölkə rəhbərliyinə məktub ünvanlayıb.

Sfera.az xəbər verir ki, bunu "APA-Economics”ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq tədbirlərin tətbiqi ölkədə bal istehsalının sürətlə artacağına şərait yaradacaq. 

 

"Dünyada belə bir praktika mövcuddur. Məsələn, Türkiyə idxala məhdudiyyət tətbiq etdikdən sonda bu sahəni sürətlə inkişaf etdirə bildi. Eyni praktika İsraildə də tətbiq olunub, bu ölkə hazırda bal ixrac edən ölkəyə çevrilib”, - deyə B. Həsrətov qeyd edib.

Assosiasiyasının sədri əlavə edib ki, Azərbaycanda ixrac potensialı mövcuddur, lakin burada söhbət daha çox premium məhsulların ixracından gedir. 

"Azərbaycan balı, məsələn, Ukraynanın günəbaxan, yonca və qarabaşaq balı ilə müqayisə oluna bilmədiyi üçün qiymət baxımından da yanaşı tutula bilməz. Belə ki, Ukrayna balı kütləvi istehsal olduğuna və daha aşağı tərkibli sıradan bal sayıldığından dünya bazarına aşağı qiymətlə çıxarılır. Dünya bazarında isə iki qiymət mövcuddur – sıradan olan balların qiyməti, hansıların ki, 1 kiloqramı 10-20 ABŞ dolları təşkil edir, bir də 100-150 dollardan başlayan qiymətlə premium məhsulu. Azərbaycan balı məhz premium kateqoriyaya daxil olan məhsuldur. Sadəcə olaraq yerli məhsulu dünyada tanıtdırmağa ehtiyac var. Digər tərəfdən, ən əsas məqamlardan biri də istehsalçılarda orqanik sertifikatın olmasıdır ki, bu, yerli məhsulun istənilən bazara daxil olmasına yol aça bilər”, - deyə B. Həsrətov qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Dolların sabahkı məzənnəsi açıqlanıb

  Azərbaycan Mərkəzi Bankı (AMB) dolların avqustun 14-nə olan məzənnəsini açıqlayıb. Sfera.az-ın  AMB-yə istinadən verdiyi məlumata görə, 14.08.2020...

Binə Agro şirkətində re-brendinq

 "İnkişaf, yeniliyə açıqlıq, innovativ təşəbbüslərə dəstək, gənc insanların layihələrində iştirak - "Binə Aqro" QSC-nin hər zaman gündəlik fəaliyyət strate...

Cəmi 15 dəqiqəyə "Unibank"da onlayn - Sahibkar Hesabı Aç!

 Fərdi və ya hüquqi şəxs olan sahibkarsınızsa, bank hesabı açmaq üçün Unibank filialına gəlməyinizə ehtiyac yoxdur. Biznes müştərilərinin işini asanlaşdırm...

Azərbaycanda sənaye istehsalı azalıb

 Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyul aylarında 21,6 milyard manatlıq və ya ötən ilin müvaf...

Ekspert: “Qarabağ” dayaq blokunun inşası yerli kadrların uğurudur"

 Xəbər verildiyi kimi, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Qarabağ” yatağının dayaq blokunu...

Azərbaycanda qızıl və gümüş bahalaşıb

 Azərbaycanda qızıl və gümüş bahalaşıb. Sfera.az xəbər verir ki, avqustun 13-də qızılın qiyməti avqustun 12-i ilə müqayisədə 72,964 manat (2,28 faiz)...