Azərbaycana dəhşətli istilər gəlir - Nə etməli?

Azərbaycana dəhşətli istilər gəlir - Nə etməli?
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43 dərəcəyədək artacağı gözlənilir.

Sfera.az bildirir ki, isti havalar nəinki  insanlarda narahatlıq yaradır, həm də həyati təhlükə yaradan xəstəliklərə səbəb olur. 

Belə ki, normal şəraitdə bədən istiliyi təxminən 37 dərəcə olur, bu dəyərin bir qədər aşağı və ya yuxarı olması mümkündür. Alimlərin araşdırmasına görə, bədən istiliyinin 37,8 dərəcədən yuxarı qalxması isə narahatlıq yaradır. Həddindən artıq istilər susuzluğa, günvurmaya, bədənin enerjidən düşməsinə və mövcud sağlamlıq problemlərinin daha da pisləşməsinə gətirib çıxara bilər.  Bu halların simptomları və ilk yardımla bağlı məlumatlı olmaq isə çox vacibdir.
 
Dehidratasiya (bədəndə susuzlaşma) - Yüngül və ya orta dərəcədə dehidratasiya ürəyin daha sürətli döyünməsinə səbəb olur və tərləmə üçün mövcud olan mayeni azaldır. Əlamətləri -  başgicəllənmə, yorğunluq, əsəbilik, susuzluq, parlaq və ya tünd sarı sidik, iştahsızlıq və huşu getmək. Bu simptomları olan insanlar bol su içməli və sərin yerdə gözləməlidirlər.

İstilik spazmları - Xüsusilə hərəkət edərkən əzələ ağrıları və spazmlar bunun əlaməti ola bilər. Belə vəziyyətdə fəaliyyət dayandırılmalı, sərin yerdə dincəlməli və bol su içilməlidir. 

Bədənin enerjisiz qalması - Bədənin həddindən artıq su və duz itkisinə reaksiyasıdır. Bundan yaşlılar, xroniki xəstəlikləri olanlar və isti mühitdə işləyən və ya idman edənlər daha çox təsirlənir. Çoxlu tərləmə, solğun dəri, sürətli və ya zəif nəbz, tez-tez nəfəs alma, əzələ zəifliyi və ya spazmlar, yorğunluq, başgicəllənmə, başağrısı, ürəkbulanma və ya qusma kimi hallar bu problemin əlamətləridir. İlkin yardım kimi şəxsi sərin bir yerə aparmaq, artıq paltarları çıxarmaq, mümkünsə sərin bir duş aldırmaq və ya qoltuqaltı, boyun altına sərin əşyalar qoymaq lazımdır. 

Günvurma – Bədən istiliyinin 40,5 dərəcədən yuxarı qalxması ilə baş verir və son dərəcə ciddi bir vəziyyətdir. Bu səbəbdən bədən istiliyini sürətlə aşağı salmaq önəmlidir. Əlamətləri: bədən istiliyində qəfil artım, qırmızı, isti və quru dəri, quru şişmiş dil, sürətli nəbz, sürətli nəfəs alma, susuzluq, başağrısı, ürəkbulanma və ya qusma, başgicəllənmə, ləng danışma, şüursuzluq və.s. Günvurmadan əziyyət çəkən şəxs üçün ediləcək ilk şey təcili yardım çağırmaqdır. Şəxs huşsuzdursa, onun yanında olmağa və tez-tez düzgün nəfəs aldığını yoxlamağa ehtiyac var. Əgər şəxs şüurludursa, onu sərin bir yerə aparmaq və hərəkətsiz vəziyyətdə saxlamaq, eyni zaman su vermək, hər hansı bir üsulla temperaturu aşağı salmaq lazımdır.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramin Bayramlı İSTEFA VERDİ

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib. Sfera.az xəbər verir ki, bu haqda o, tvitterdə yazıb.   ...

Azərbaycanda vaksinasiya yaşı endirildi

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndi vurulacaq. Sfera.az xəbər verir ki,...

Azərbaycanda 4 xəstəxana karantinə BAĞLANDI

Azərbaycanda dörd mərkəzi rayon xəstəxanası koronavirusla (COVID-19) mübarizə məqsədi ilə bağlanıb.  Sfera.az-ın  məlumatına görə, hər dörd tibb...

Gömrük Komitəsi məhkəmədə uduzdu: İslahatlar davam edir

Bu gün Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib. Sfera.az xə...

Sabahdan COVİD-19 pasportunu üzərimizdə daşımalıyıq? - DİN-dən AÇIQLAMA

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COV...

“Ağzınızın əyrisi nə vaxt düzələcək?” – Flora Kərimova sosial şəbəkə istifadəçilərinə əsəbiləşdi

"Təəssüf edirəm ki, bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil”. Sfera.az bildirir ki, bunu Xalq artisti Flora Kərimova Olimpiya oyunları işt...