Azərbaycana bu avtomobillərin gətirilməsi artıb - RƏSMİ

Azərbaycana bu avtomobillərin gətirilməsi artıb - RƏSMİ
 "Azərbaycana hibrid avtomobillərin gətirilməsi halları artır". 

Sfera.az  
xəbər verir ki, bunu "report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb.
 

M.Vahabov bildirib ki, qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir:

"Hibrid mühərrikli minik nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən gömrük ödənişləri digər daxili yanma mühərrikli minik avtomobillərə münasibətdə tətbiq olunan vergi və rüsumlarla eynilik təşkil edir. Mənşə ölkəsindən, gömrük dəyərindən, mühərrikin həcmindən, eləcə də istehsal buraxılış ilindən asılı olaraq gömrük ödənişləri tətbiq edilir”.

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...