Azərbaycan və Yaponiya XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycan və Yaponiya XİN başçıları arasında telefon danışığı oldu
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu arasında telefon danışığı olub.

Bu barədə Sfera.az-a XİN-dən məlumat verilib.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

C.Bayramov, hazırkı çətin vəziyyətdə "Tokio-2020” Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə yapon həmkarını təbrik edib.

Tərəflər, növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğulayaraq, bu xüsusda fikir mübadiləsi aparıblar.
Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.

C.Bayramov, yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə post münaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...