Azərbaycan Ordusunun güclənməsini həzm edə bilməyənlərin yeni bəhanəsi

Azərbaycan Ordusunun güclənməsini həzm edə bilməyənlərin yeni bəhanəsi
 Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı! Xalq şairimiz Məmməd Arazın bu sözləri əsl vətəndaş olmağın ümdə şərtini açıqlayır – hər kəs əlindən gələn qədər Vətəninə xidmət etməli, onun suverenliyi uğrunda sözdə yox, əməldə xidmət etməlidir.

Çox-çox təəssüflər olsun ki, içimizdə özünü azərbaycanlı hesab edən çoxlarının bu xalqın taleyindən heç xəbərləri belə yoxdur. Amma çox heyif ki, onlar da bəziləri kimi bu millətin adından çıxış edirlər.

Dünyanı cənginə alan pandemiya dövründə yüksək nizam intizam və şəxsi heyətə diqqət və qayğı nümayiş etdirərək əsgərləri virusdan qorumaqla kifayətlənməyərək Azərbaycan Ordusunun rəhbərliyi ordu günü ərəfəsində, hətta, yeni hərbi hissə də istifadəyə verdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Ali Baş Komandan İlham Əliyevə raport veriblər. Belə bir çətin şəraitdə bu qürurverici hadisənin şahidi olduğumuz bir dövrdə təəssüf ki, bəzi şəxslər özlərini yenə də Azərbaycan xalqına, Vətəninə müxalif mövqedə göstərdi.

Yeni hərbi hissədə yaradılan şəraitin, təlim meydanlarının ordumuzun daha da güclənməsinə, və beləcə Qarabağın düşməndən azad olunmasına səbəb olacaq növbəti mühüm addım olmasını görməzdən gələn bəzi psevdopatriotlar Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səlis Azərbaycan dilində raport verməməsini müzakirə obyekti edirlər.

Hərbçi əməli, xidməti ilə seçilməlidir, cənablar, danışmağı ilə deyil!

Azərbaycan xalqı Sürət Hüseynov, İsa Sadıqov, Əlikram Hümbətov kimi Azərbaycan dilində təmiz danışan amma dar məqamda Vətənini satan neçə bədxah görüb? Baş verən oğurluq faktlarına görə ordu sıralarından uzaqlaşdırılan neçə-neçə şəxsin ana dilimizdə bülbül kimi ötdüyünü görmüşük?

İndi isə, sosial şəbəkələrdə axtarış edən zaman Silahlı Qüvvələrin Baş Qərargah rəisinin çıxışı ilə bağlı tənqidi fikirlər səsləndirən şəxslərə diqqət edək - Arif Hacılı, İqbal Ağazadə, Aslan İsmayılov, Əli Əliyev... Sadəcə bu adları çəkmək insanlarda təsəvvür yaranması üçün kifayət edər. Müxtəlif məsələlərdə olduğu kimi, ordu ilə bağlı uğurlarımızda da bu şəxslərin satqın mövqedə olduğu açıq-aşkar sezilir. Bu insanlara ordumuzun güclənməsi maraqlı deyil, onlara lazım olan Vətən yolunda canını qoyan şəxslərə qarşı qarayaxma aparmaqdır. Ötən həftə Silahlı Qüvvələrin 102 illiyi ilə bağlı mətbuatda dərc olunan yazılara diqqət yetirən hər kəs son illər Azərbaycan ordusunun hansı inkişaf yolunu keçdiyini görə bilər.

Görünən odur ki, "Aprel döyüşləri” kimi tarixə düşən hərbi əməliyyatlar Ordumuzun bugünkü potensialının sadəcə xırda bir göstəricisidir. İstər övladını hərbi xidmətə göndərən, istər hərbçi ailəsində yaşayan hər bir vətəndaş bu gün növbəti Qarabağ savaşından üzü ağ çıxacağımıza əminlik ifadə edir. Bəs, 2000-ci illərdə də belə idimi?

Hər həftəsonu övladına azuqə, corab, üzqırxan aparan, xidmət etdiyi şəraitə kənardan baxaraq için-için sızlayan valideynlər də belə düşünürdümü? Təbii ki, yox. Onlar dinc şəraitdə qulluq edən övladının hərbi xidmətdən sağ-salamat qayıtmasına qurban deyirdilər. Ötən illərdə çox şey dəyişdi Ordumuzda, çox şey inkişaf etdi. Bütün bu işlərin altına çiynini verən şəxslərdən biri də danışmağa yox, Ali Baş Komandanın tapşırıqlarını yerinə yetirməyə çalışan general-polkovnik Nəcməddin Sadıkovdur.

Azərbaycan öz müstəqilliyinə ikinci dəfə və əbədi olaraq qovuşub. Bu müstəqilliyin də qarantı güclü dövlət, güclü ordudur. Məhz, Vətən daşı olan oğulların mərdliyi və sədaqəti nəticəsində də Azərbaycan bu müstəqilliyini kimsəyə verməz!

Nadir Əliyev

Ehtiyatda olan zabit

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...