Azərbaycan, İran və Rusiya enerji şəbəkələrini birləşdirəcək

Azərbaycan, İran və Rusiya enerji şəbəkələrini birləşdirəcək
 

Azərbaycan, İran və Rusiya arasında enerji şəbəkələrinin birləşdirilməsi layihəsinin əsaslandırma sənədləri hazırlanacaq.

Bu barədə Rusiyanın Vahid Enerji Sistemi operatorunun məlumatında bildirilir.

"Avqustun 12-də Rusiya, Azərbaycan və İran üç ölkənin enerji şəbəkələri arasında Şimal – Cənub enerji dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırmanı müştərək hazırlamaqla bağlı saziş imzalayıb”, – məlumatda deyilir.

"Azərenerji” ASC, İranın "Tavanir” şirkəti, Rusiyanın Vahid Enerji Sisteminin tərəf olduqları saziş üç ölkənin enerji sistemlərinin qovuşmasına dair layihədə sifarişçi qismində iştirak edən "Tavanir” şirkəti digər iki iştirakçı ilə razılaşmaq şərti ilə əsaslanmanı hazırlayacaq şirkəti seçəcək. Sənədləri bir il ərzində hazırlayıb yekunlaşdırmaq nəzərdə tutulur.

Hələ 2005-ci ildə Azərbaycanla Rusiya arasında iqdisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyasının qərarlarında iki ölkə arasında enerji sistemlərin birləşdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Bundan əvvəl Rusiya tərəfi texniki şərtlərini hazırlayaraq Azərbaycana və İrana göndərib.

Bakıda 2018-ci il aprelin 26-da üç ölkənin enerji naziri müavinləri səviyyəsində keçirilən görüş zamanı sözügedən şərtlər razılaşdırılmış, enerji sistemlərinin birləşdirilməsi məsələsinə dair üçtərəfli işçi qrupu yaradılmışdı.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşır

  CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 1-də 43,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki...

Azərbaycan geoiqtisadi təşəbbüsə yiyələnə bilər - Rusiyalı ekspert

  Aleksandr Karavayev Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi   Nəqliyyat və sənaye sahələrində yeritdiyi siyasətə əsaslan...

Günün rəsmi məzənnəsi

  Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. 2020-ci ilin iyulun 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700...

Xəzər Siyasət Mərkəzi COVID-19-un iqtisadi nəticələrinə dair virtual görüş təşkil edib - VİDEO

Bu gün Xəzər Siyasət Mərkəzi (XSM) Xəzər regionunda mövcud COVID-19 pandemiyasını və onun regional hökumətlərin iqtisadi siyasətlərinə ola biləcək potensial təs...

İyulun 2-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 02.07.2020-ci il ta...

Azərbaycanda qızıl və gümüş bahalaşıb

  Azərbaycanda qızıl və gümüş bahalaşıb. Sfera.az xəbər verir ki, iyulun 1-də qızılın qiyməti iyunun 30-u ilə müqayisədə 20,91 manat (0,69 faiz) artaraq ...