Azərbaycan həkimlərinin yeni birliyi yarandı - Qurumda bu tanınmış həkimlər var

Azərbaycan həkimlərinin yeni birliyi yarandı - Qurumda bu tanınmış həkimlər var

Azərbaycan Həkimlərinin ictimai birliyi (AHİB) təşəbbüs qrupu yaradılıb.


Sfera.az-ın xəbərinə görə, bu haqda tanınmış həkim Vasif İsmayıl məlumat verib.

 

O yeni birliyin yaranması zərurətini aşağıdakı kimi şərh edib:

 

"Azərbaycan həkimləri illərdir ictimaiyyəti maraqlandıran mövzularda mövqe bildirib şərh versələr də, hələ də cəmiyyətimizdə "həkimlərimiz bizi maraqlandıran mövzularda fikir bildirmirlər” fikri dolaşır. Görünür, biz həkimlər mövqe bildirməkdə, şərh verməkdə sistemli davranmayıb, fikirlərimizi cəmiyyətə yaxşı çatdıra bilməmişik.


Bir müddətdir bir qrup fəal həkim olaraq müzakirə açıb cəmiyyətimizi maraqlandıran məsələləri araşdırmağa çalışdıq. Qısa müddət üçün məhsuldarlıq nümayiş etdirərək Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış təkliflər paketini hazırlayaraq ictimaiyyətə təqdim etdik. İndi də artıq kifayət qədər möhkəmlənib, sıralarımızı qüvvətləndirib növbəti mərhələyə keçərək Azərbaycan Həkimlərinin İctimai Birliyini (AHİB) təsis etmək qərarına gəldik.

AHİB cəmiyyətimizdə gedən prosesləri müzakirə edərək Azərbaycan həkimlərinin ortaq platformu, Azərbaycan xalqının sağlamlığı, rifahı və maraqları məzmununda ciddi hərəkətliliyə səbəb olmağı planlaşdırır.

 

Prof. Dr. Adil Qeybulla

Dos. Dr. Ədalət Rüstəm

Dos. Dr. Akif Əfəndiyev

Dr. Vasif İsmayıl

Dr. Aydın Əliyev

Dr. Qalib Əsədov

Dr. Pərviz Axundov

İctimai fəal Qorxmaz İbrahimli

Və digərləri...”


OXŞAR XƏBƏRLƏR