No Image
No Image

Azərbaycan əsgəri Xocalı cəlladını diri tutdu - FOTOLAR

Azərbaycan əsgəri Xocalı cəlladını diri tutdu - FOTOLAR
 Bu günlərdə erməni tərəfi Azərbaycan əsgərlərinin Şuşanı azad edəndən sonra şəhərdən çıxmağa imkan tapmamış yaşlı şəxsin qolundan tutub apardıqlarını əks etdirən videokadrları yayıb. Həmin qoca azərbaycan dilində əsgərlərə "mən sizə neyləmişəm axı?” deyir. Və erməni tərəfi Azərbaycan hərbçilərinin "80 yaşlı erməni mülki şəxslə qəddar davranışı” barədə dərhal hay küy qaldırıblar.

Əslində bu kadrlarda hər hansı qəddarlıqdan söhbət gedə bilməz və əsgərlər sadəcə olaraq yaşlı erməninin qolundan tutub aparırlar, vəssalam.

Lakin çox keçmədən həmin qocanın əslində günahsız mülki şəxs deyil, 28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan olduğu üzə çıxıb. 28 il əvvəl çəkilmiş fotolarda Conik Tevosyan əlində iki ov tüfəngi, damağında siqaret, mülki paltarda dayanıb, onun qarşısında isə körpəsini qucağına alıb qarın içində oturmuş azərbaycanlı qadın var. Digər erməni cəlladları isə həmin qadının ərinin yaxasından tutublar. Azərbaycan hüquq-mühafizə orqanlarının Xocalı soyqırımına görə axtarışa verdiyi canilərin siyahısında Tevosyan 45-ci sırada dayanır.

Conik Tevosyan Sumqayıt ermənisidir, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb.

Vəkil Cavad Cavadov "Yeni Müsavat”a açıqlamasında deyib ki,  80 yaşlı Conik Tevosyanın saxlanılması tam qanunidir və onun tezliklə Azərbaycan məhkəməsi önünə çıxarılması perspektivi var.

 
"Ortada fotolar var və həmin fotolardan Conik Tevosyanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda iştirakı əks olunub. Ermənistan mətbuatı və teleqram kanalları Conik Tevosyanı dinc sakin kimi təqdim etməklə hay-küy salır ki, guya onun saxlanılması əsassızdır.  Əslində isə məqsədləri budur ki, tez bir zamanda onu azad etdirməklə soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olan cinayətdəki əməllərinə görə cəzadan kənar saxlasınlar. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Conik Tevosyan üzərində açıq məhkəmə prosesi keçirməklə bütün dünyaya göstərməlidir ki, vətəndaşlarına qarşı cinayət törədənlər gec-tez layiq oluqları cəzaya çatdırılırlar”, - vəkil deyib.

OXŞAR XƏBƏRLƏR

Türkiyəni vurmaq üçün Azərbaycanı qurban seçdilər - Müharibə indi başlayır

Sözün bitdiyi yerdəyik. "Demokratiyanın beşiyi"ndə gələcəyin nifaq, nifrət və yalanları böyüyür. 44 günlük müharibə dövründə ermənipərəst mövqeyini dünyanın göz...

Bakı metrosu həftənin bu günləri işləyə bilər - "Başqa çıxış yolu yoxdur..."

Bildiyimiz kimi, koronavirusa yoluxma üzrə statistika artmağa davam edir. Bu səbəbdən bir sıra rayon və kəndlər nəzarətə götürülüb. Bəs, yenidən sərt qayd...

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz - TAM SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286&nb...

“Çox az adam İlham Əliyevi başa düşürdü” – Fransa qəzetindən SENSASİON YAZI

Fransanın məşhur "Le Monde” qəzetində İkinci Qarabağ savaşı barədə geniş məqalə dərc edilib.     Sfera.azxəbər verir ki, "Ermənistanın Dağlıq Q...

Azərbaycanda komendant saatı 23:00-a kimi uzadılır? - AÇIQLAMA

Azərbaycanda noyabrın 24-də rekord sayda yoluxma və ölüm qeydə alınıb. Belə ki, 3 646 nəfər koronavirusa yoluxub, 34 nəfər dünyasını dəyişib. Axşam saat 9-dan s...

Paşinyan 6 ay sonra üçün nə planlayır? - “Əgər qalib gəlsə...”

"Ermənistanda hökumət kabinetində kadr dəyişiklikləri ölkəni siyasi böhrandan çıxarmayacaq. Baş nazir Nikol Paşinyanın "Yol xəritəsi” təqdim edərək, altı ay vax...