Azərbaycan boksçusu: \"Məqsədim olimpiya çempionu olmaqdır\"

Azərbaycan boksçusu: \
"Təbriklərə görə təşəkkür edirəm. Olimpiadaya ciddi hazırlaşırdım, hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm".

Sfera.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan boksçusu Alfonso Dominges (81 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanması barədə danışarkən deyib.

1/4 finalda türkiyəli Bayram Malkana qalib gələrək ən azı bürünc medalı təmin edən idmançı özünü möhtəşəm hiss etdiyini bildirib: "Artıq 2 medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü möhtəşəm hiss edirəm".

Dominges görüşün gedişində Malkanla aralarındakı insidentə də toxunub: "Hakimə dedim ki, rəqib başını çox aşağı əyir, döyüşə bilmirəm. Belədə uduza da bilərdim. Ona görə əsəbi idim. Çünki döyüşmək istəyirdim. Hər şey buna görə oldu".

Finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq boksçi rinqə qələbə üçün çıxacağını söyləyib: "Məqsədim qızıl medal qazanmaqdır. Rəqibim olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam".

Qeyd edək ki, Domingeslə Lopes arasında yarımfinal döyüşü avqustun 1-də olacaq.


OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...