Azərbaycan Beynəlxalq Bankından unudulmuş kart şifrəsinin bərpası imkanı

Azərbaycan Beynəlxalq Bankından unudulmuş kart şifrəsinin bərpası imkanı
 

Müştəriyönümlü inkişaf siyasətini davam etdirən Azərbaycan Beynəlxalq Bankı bir çox kart sahiblərinin tez-tez üzləşdikləri problemin həlli məqsədilə daha bir xidmətini istifadəyə verib. "PİN Erase” adlanan bu xidmət unudulmuş PİN kodun bərpasına imkan yaradır. Beləliklə, müştəri plastik kartının şifrəsini unutduğu halda yeni kartın əldə olunmasına ehtiyac qalmır.

Xidmətdən istifadə qaydaları belədir:

Müştəri kartının şifrəsini unutduğu zaman bankın istənilən filial və ya şöbəsinə müraciət edir. Ona təqdim olunmuş ərizə formasını doldurur. Müştərinin ərizəsi və şəxsiyyət vəsiqəsi əsasında ona öz kartına yeni şifrə təyin etmək imkanı yaradılır. Müştəri kartın yeni şifrəsini ya filiallarda olan müvafiq POS terminallar vasitəsilə, ya bankın ATM-ləri, yaxud da www.ibar.az internet səhifəsi üzərindən təyin edir. Əməliyyatların tam təhlükəsizliyi təmin olunur.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: //www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...