Azərbaycan Beynəlxalq Bankında dəmiryolu işçiləri üçün kredit kampaniyası!

Azərbaycan Beynəlxalq Bankında dəmiryolu işçiləri üçün  kredit kampaniyası!
 
Azərbaycan Beynəlxalq Bankı 13 oktyabr Dəmiryolu İşçilərinin Peşə Bayramı
Günü münasibətilə dəmiryolçulara özəl kredit kampaniyasına start verib. Bankın
əmək haqqı kartına malik hər bir dəmiryolu işçisi oktyabrın 10-dan 17-ə qədər
davam edəcək kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq
Bankından endirimli şərtlərlə ala bilər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 20.000 manatadək
• Kreditin müddəti - 48 ayadək
• İllik faiz dərəcəsi – 18%-dən başlayaraq
• Kredit 15000 manata qədər olduqda – ZAMİNSİZ
• Komissiyasız
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini
Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun
üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına
yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə
göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa,
bankın IBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının "28 Mall” və
"Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək
mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli
Məlumat Mərkəzinə zəng etməlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR