Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyinin bu sisteminə qoşulan ilk bank oldu

Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyinin bu sisteminə  qoşulan ilk bank oldu
 
Aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının
artırılması üçün Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və
İnkişaf Agentliyinin Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə qoşulub. Beləliklə,
Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bu sistemə qoşulan ilk bank olub.
Qeyd edək ki, AzALES adlanan sistem Agentlik üçün Avropa Yenidənqurma və İnkişaf
Bankının, eləcə də Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə
hazırlanıb. Yeni innovativ həll aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə
daha sürətlə baxılmasına imkan verir.
Sistem fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. Eyni zamanda, bank və kredit
təşkilatlarına da işçi və resurslara qənaət, riskləri düzgün qiymətləndirmək üçün şərait yaradır.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, kənd
təsərrüfatı layihələrinə maliyyə dəstəyinin təmin olunması hazırda bank üçün əsas prioritetlərdəndir.
Bank qeyri-neft sektorunun digər istiqamətləri kimi, aqrar sektorda fəaliyyət göstərən kiçik və orta
sahibkarlarla da əlaqələri genişləndirir. "Kənd təsərrüfatı layihələrinə kredit ayrılan zaman
risklərin düzgün qiymətləndirilməsi bank üçün çox mühümdür. AzALES sisteminə qoşulmağımız
bu baxımdan böyük fayda verəcək. Sərfəli şərtlərlə təklif etdiyimiz kredit məhsulları kənd
təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan olacaq. Kredit müraciətlərinə
baxılmasının sürətləndirilməsi ilə yüksək müştəri məmnuniyyətinə də nail olacağıq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə
məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli
Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...