“Azərbaycan Bayrağı” ordenli xüsusi təyinatlı şəhidimiz

“Azərbaycan Bayrağı” ordenli xüsusi təyinatlı şəhidimiz
Vətən müharibəsi Azərbaycanın qəhrəman oğulları üçün əsl sınaq dövrü oldu. Xalqımızın neçə-neçə igid oğlu işğal altındakı ərazilərimizin geri qaytarılması uğrunda ağır döyüşlərdə canlarından keçərək qanları ilə qəhrəmanlıq salnaməsi yazdılar. Belə qəhrəmanlarımızdan biri də Məcidzadə Saleh Nəriman oğludur.

Müharibənin ilk günündən Xüsusi Təyinatlı Qüvvələrin sırasında ön cərgədə vuruşan qəhrəmanımız düşmənin diversiya qruplarının məhv edilməsində xüsusi şücaət göstərib.

Saleh Məcidzadə 1994-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. O, 2011-ci ildən idmanla məşğul olmağa başlayıb. Ölkə çərçivəsində keçirilən bütün idman yarışlarında birincilər sırasında olan Saleh hərbi xidmətdə də ön sıralarda olub.

O, 2016-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qatılıb. İlk döyüş yolu həmin ilin Aprel döyüşlərində başlayıb. Aprel döyüşlərində və 2020-ci ilin iyulunda Tovuzda düşmən diversiya qruplarının məhv edilməsində xüsusi məharət göstərərək komandanlıq tərəfindən təltif edilib. O, habelə ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə ilk gündən qatılıb və ən çətin tapşırıqların öhdəsindən bacarıqla gəlib.

Atası Məcidov Nəriman deyir ki, oğlu ilk döyüşlərə Murov dağı uğrunda hərbi əməliyyatlardan başlayıb. Murovdan sonra digər rayonların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Saleh Məcidzadənin son döyüş yolu Cəbrayılda tamamlanıb. O, oktyabrın 10-da şiddətli döyüşlərin birində qəhrəmancasına döyüşərək şəhid olub.

Şəhid oktyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhid Saleh Məcidzadə ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” medalları və "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!
(Report)

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...