Azər Türk Bank kiçik və orta biznes üçün yeni kredit məhsulu təklif edir

Azər Türk Bank kiçik və orta biznes üçün yeni kredit məhsulu təklif edir
 
Maliyyə ehtiyaclarının ödənilməsində müştərilərə yardımçı olan dövlət bankı
Azər Türk Bank kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün
əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir.
Ümumi müddəti üç ilədək nəzərdə tutulmuş bu kreditin məbləği 100 000
manata qədərdir. Kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır. Qeyd edək
ki, sahibkarlar 20 min manatadək olan krediti sadəcə fərdi zaminlik əsasında
əldə edə bilərlər.
Kiçik və orta biznes krediti almaq istəyən hüquqi şəxslər onlayn müraciət
göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın müştərisi ola bilərlər.
Azər Türk Bankda hesab açan hüquqi şəxslər maaş layihələri üçün istənilən
sayda əməkhaqqı kartları , biznes kartı, sahibkar kartını pulsuz əldə edə
biləcək, ATB Business internet - bankçılıq sisteminə daxil olmaqla 100 manat
məbləğində bonus qazanacaq, cash-back loyallıq proqramından
faydalanacaqlar.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki
rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945
nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR