\"Azenko\"nun direktorunun ölümü ilə bağlı DİN-dən RƏSMİ MƏLUMAT

13:05 / 28.07.2020
1791
İyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi "Nissan” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.