No Image
No Image

Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı oldu - VİDEO

Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı oldu - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib.

Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Müdafiə nazirinə məruzə olunub ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib. Sonra Müdafiə naziri şəxsi heyətlə birgə nahar edib.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunun hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, indiyədək azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Cıdır Düzündə yallı rəqsini izlədilər – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda görüş keçirib.  Görüş zamanı Şuşada Heydər ...

Azərbaycanda növbəti yumşaldılmalar gözlənilir - AÇIQLAMA

"Dinamika yaxşılaşdıqca, yoluxmaların sayı aşağı düşdükcə və açıq havada təmasların riski aşağı düşdüyünə görə növbəti yumşaldılmaların şahidi ola bilərik". ...

"Evinə xoş gəldin Türkiyə" - "SOCAR Türkiyə"dən VİDEOROLİK

AVRO-2020-də mübarizə aparan qardaş ölkə təmsilçisi Bakıdadır. Sfera.az xəbər verir ki, "SOCAR Türkiyə” bununla bağlı "Türkiyə Baküde Misafir değil, "evin...

Vətən müharibəsi qazisinin problemi həll olundu – VİDEO

Azərbaycan Ordusunda şərəfli xidmət göstərərək, Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri də kiçik çavuş Yaqub Qəhrəmanlıdır. O, N sa...

Laçının Əhmədli kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Laçının Əhmədli kəndindən videogörüntülər paylaşıb. Sfera.az nazirliyə istinadən həmin görüntüləri təqdim edir.   ...

“Haber Global” Ağdamın mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırlayıb - VİDEO

Türkiyənin "Haber Global” telekanalı Ağdam rayonunun mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırlayıb. Süjetdə 97 min tank və piyada əley...