Heydər Əliyevlə Koçaryanın DİALOQU YAYILDI: \"Gözünün içinə qədər yalan deyir, quldurbaşının böyüyü özüdür\"

Heydər Əliyevlə Koçaryanın DİALOQU YAYILDI: \

2001-ci ildə Strasburqda Ulu Öndər Heydər Əliyevin Koçaryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət olub.

Sfera.az xəbər verir ki, bu barədə sabiq xarici işlər naziri Vilayət Quliyevin xatirlərini Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bölüşüb. Dialoqun məğzi təxminən belə olub:

– Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

– Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

– Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…

– Nə danışırsınız, Heydər Əliyeviç…

"Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra Ulu Öndər Heydər Əliyev heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi "Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.

Daha sonra fikirlər belə davam etdirilir: "Bu gün Şuşada Prezident və Xanımının iştirakı ilə Vaqif Poeziya Günlərinin açılışı olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfədir təşkil olunur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq”.

 

(konkret.az)


OXŞAR XƏBƏRLƏR

Vüqar Bayramov: "Auditlərin sayında xüsusi dəyişiklik yoxdur"

"Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin son illər artmasına baxmayaraq Hesablama Palatası tərəfindən həyata keçirilən auditlərin sayının xüsus...

"Bəzi hallarda büdcə vəsaitləri səmərəli xərclənmir" - Müşfiq Cəfərov

Hesablama Palatasının 2024-cü ilə dair hesabatı ilə tanış olduqda, həm müsbət tendensiyalar, həm də bizi düşündürən vacib məqamlar ortaya çıxır. Bu hesabat sadə...

"Dövlət qulluğunun müsahibə mərhələsində dəyişiklik edilsin" - TƏKLİF

“Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində də, ehtiyat kadrların təyinatı məsələsində də çatışmazlıqlar var".   Sfera.az xəbər ve...

"Dünyamız yeni iqtisadi böhranın astanasındadır"- Ceyhun Məmmədov

"Bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də hərbi potensialla yanaşı iqtisadi imkanların daha da gücləndirilməsidir".   ...

Papa Fransiskin tabutda olan görüntüsü yayıldı - FOTOLAR

Vatikanın yaydığı rəsmi açıqlamaya əsasən, Katolik dünyasının ruhani lideri, 88 yaşlı Papa Fransisk vəfat edib. Mətbuata təqdim olunan fotolarda Papanın açıq ta...

"Əli Kərimli, o mühafizəçiləri hansı pulla saxlayırsan?"

"İndi bir sıra hallarda kimlərinsə bizə şəffaflıq, yaxud maliyyə intizamı barədə dərs keçmək cəhdlərinə şahidlik edirik, amma istər Qərb dairələri, istər d...