Çinin texnologiya nəhəngi “Huawei” yeni nəsil üçqat qatlanan ağıllı telefonu “Mate XTs”i təqdim etməyə hazırlaşır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət cihazın rəsmi təqdimatını sentyabrın 4-də Çində keçirəcək.
Maraqlıdır ki, bu təqdimat “Apple”ın “iPhone 17” seriyasını elan etməsindən yalnız bir neçə gün əvvəl baş tutacaq.
Məlumata görə, “Mate XTs”in satış qiyməti təxminən 2 min 100 dollar olacaq. Bu məbləğ əvvəlki modelin 3 min 500 dollarlıq qiyməti ilə müqayisədə daha münasib hesab edilir.
Yeni cihaz ilkin mərhələdə yalnız Çin bazarında satışa çıxarılacaq. Lakin 2026-cı ilin əvvəlindən etibarən daha geniş qlobal təqdimatla digər ölkələrdə də satışa çıxarılması gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az