Aynur Camalqızı: Bu cür adamları hardan və necə tapırlar və Milli Məclisi hörmətdən salırlar?

Aynur Camalqızı: Bu cür adamları hardan və necə tapırlar və Milli Məclisi hörmətdən salırlar?
Eldəniz Səlimov adlı deputat polisi döyməsiylə gündəmə gəldi. Maraq üçün Vikipediyada haqqında yazılanlara baxdım. Adam Dağıstanda - diplomları Azərbaycanda tanınmayan - bir universitet bitirib və 2 çağırış parlamentə üzv seçilib. Yeni Azərbaycan Partiyasının da üzvüdür. Bu cür adamları necə tapırlar, hardan tapırlar və Milli Məclisi necə hörmətdən salırlar?!
 
Sfera.az xəbər verir ki, bu fikirləri Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı öz rəsmi Facebook hesabında deputat Eldəniz Səlimovun polisi döyməsinə münasibət bildirərəkən qeyd edib.
 
"Bir müddət əvvəl mandatını girov qoyaraq insanlardan pul alan, hazırda həbsdə olan deputat (Rafael Cəbrayılov), sonra Moldovadan başqasının uşağını qaçıran deputat (Ramil Həsən) gündəmi zəbt elədi, indi də polisi döyən deputat. 

Qanunverici orqanın üzvü qanun keşikçisini döyür! Tam bir absurd!

Yeni Azərbaycan Partiyası yəqin ki, məsələyə öz siyasi qiymətini verəcək. 

30-40 min seçicinin təmsilçisi sözün əsl və yaxşı mənasında fərqlənməlidir, ona səs verən insanların fövqündə durmalıdır. O döyülən polis həm də o deputatın seçicisidir axı. Millət vəkili öz seçicisinə necə əl qaldıra bilər?

Müharibədən çıxmış qalib ölkənin deputatı üstəlik, pandemiya şəraitində beləmi davranmalıdır insanlarla? Bu mənəviyyat sahibləri hansı haqla Cənab Prezidentin komandasında yer ala bilər və almalıdır? 

Qalib ölkənin qalib Prezidentinin komandadında belə şəxslərə yer olmamalıdır. 

Ümid edirəm ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP və MM-in İntizam Komitəsi bu şəxslə bağlı digərlərinə görk olacaq bir addım atacaq".
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...