Aynur adlı kişi “iş başında” yaxalandı

Aynur adlı kişi “iş başında” yaxalandı
Astara Rayon Polis Şöbəsinin əməkdaşları 1 kiloqram 650 qram narkotik heroini qanunsuz dövriyyədən çıxarıblar.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, rayon sakini Aynur Şükürov 770 qram heroini Pensər kəndi ərazisində satarkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət başında saxlanılıb. Onun üzərindən elektron tərəzi aşkarlanaraq götürülüb.

"İsti izlər”lə davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovun həmin narkotik vasitəni Astara rayon sakini Kamran Novruzovdan əldə etdiyi müəyyənləşib. Həmin şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadığı evində saxlanılıb. Onun üzərindən və həmin evdən iki bükümdə ümumi çəkisi 420 qram olan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, K.Novruzovun yaşadığı Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR