Axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb - FOTO

Axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb - FOTO
Ukraynanın paytaxtı Kiyevdə "kabus” ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.

Sfera.az xəbər verir ki, Kiyev şəhər polisindən "Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, Bakı şəhər, Səbael rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılıb.

Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.

"Kabus” adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.

Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR