AXCP və REAL növbəti dialoqa dəvət olunacaq - AÇIQLAMA

AXCP və REAL növbəti dialoqa dəvət olunacaq - AÇIQLAMA

"Dialoq mühitinin yaranmasının adına çox vacib tədbir idi. Heç kim heç kimə düşmən olmamalıdır. Bəzi xarici qüvvələr Azərbaycanın gənc dövlət olmasından, zəifliyindən istiafdə edib təxribat da törədə bilər”.

 

Sfera.az-a açıqlamasında bu sözləri bu gün baş tutmuş "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa”nı dəyərləndirən politoloq Elxan Şahinoğlu söyləyib.

 

Daha sonra sonra Şahinoğlu bütün partiyaların müzakirə mühitində fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb: "Biz hamımız ölkəmizin ümümi maraqları üçün çalışmalıyıq. Bütün sivil dövlətlərdə müxalifət- iqtidar qarşıdurması var. Bu normal haldır. Sadəcə, çalışmaq lazımdır ki, bu söyüş və təhqirə keçməsin. Diskusiyaya və fikir mübadiləsinə açıq olmaq lazımdır. Monoloq mühiti bu gün bizə sərf etmir. Qarşılıqlı dialoq mühitində biz birgə çalışmalıyıq. Qarşıdan parlament seçkiləri gəlir və düşünürəm ki, bu mənada tədbir siyasi proseslərə öz müsbət töhfələrini verəcək”.


Tədbirdə AXCP və Real partiyalarının təmsil olunmamasına toxunan Elxan Şahinoğlu onların bu gün iştirak etməməsinin növbəti dəfə də toplantıda təmsil olunmayacağı mənasına gəlmədiyini bildirib.

 

"Onlar bu günsözügedən tədbirdə yox idilərsə bu o demək deyil ki, həmin partiyalar siyahıdan silinib. AXCP və REAL növbəti tədbirlərə dəvət oluna bilərlər. Ümumiyyətlə, tədbir keçirilirsə təşkilatçılar qeydiyyatdan keçmiş bütün siyasi partiyaları oraya toplamalıdır”.

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...