Avtomobillərin texniki baxışı DYP-dən alınsın? – Deputatdan açıqlama

Avtomobillərin texniki baxışı DYP-dən alınsın? – Deputatdan açıqlama
"Avtomobillərə texniki baxışın DYP-dən alınıb, özəl qurumlara verilməsi müsbət effekt verməyəcək”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib:
 
"Bu, əslində polisin işini mürəkkəbləşdirməkdir. Ondansa yoxlamaların keyfiyyətini artırmaq və vaxt itkisinə yol verilməməsinə diqqət ayırmaq daha yaxşı olar”.
 
Deputatın fikrincə, Azərbaycanda yeni qurumların yaradılması adətən daha böyük problemlərin meydana çıxması ilə müşaiyyət olunur:
 
"Nəticədə büdcədən əlavə pul xərcləyən qurumların sayı artır. Məsələn, Bakı Nəqliyyat Agentliyinin yaranması ilə bu sahədə problemlər daha da artdı. Səhiyyə sistemində TƏBİB-in yaranması ilə də anoloji situasiya yarandı. Ona görə də avtomobillərin texniki baxışının DYP-dən alınıb, özəl qurumlara verilməsinin effekt verəcəyinə inanmıram”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR