Avropada qazın qiyməti bahalaşdı: Rəsmi Bakının gəlirləri artacaq?

Avropada qazın qiyməti bahalaşdı: Rəsmi Bakının gəlirləri artacaq?
"Avropada qazın qiyməti Niderlandda yerləşən spot bazarındakı fyuçerslərlə tənzimlənir. Hazırda bazarda yaşanan qiymət artımı da məhz spot bazarı üçün keçərlidir. Misal üçün uzunmüddətli kontraktlar əsasında satılan boru kəmərləri ilə daşınan qazın qiymətində bu artım müşahidə edilmir”.
 
Bu sözləri Sfera.az-a iqtisadçı Natiq Cəfərli Avropada qazın qiymətinin 840 dolları keçməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, spot bazarında yaşanan qiymət artımı uzun müddət davam etməyəcək:

"Boru kəməri ilə daşınan qazın qiyməti spot bazarlardakı qaza nəzərən daha gec artır. Çünki boru kəmərləri ilə daşınan qaz uzunmüddətli kontraktlarla tənzimlənir və adətən 6 aydan bir yenilənir. Misal üçün, bu gün "Qazprom" Avropaya satdığı qazın qiymətini dəyişmədi. Çünki yanvar ayına qədər kontraktı var. Yəni Avropa bazarında qazın qiyməti 800 dolları keçsə də "Qazprom" uzunmüddətli müqavilə imzaladığı üçün qazı 235 dolara  satır”.
 
N. Cəfərliyə görə, Avropa bazarında qazın qiymətinin 800 dollara qədər artmasının əsas səbəbi elektrik enerjisinə olan tələbatın artmasıdır:

"Məsələ ondadır ki, hazırda Avropada elektrikə olan tələbat kəskin surətdə artıb. Kömürlə işləyən elektirk stansiyalarının bağlanması qazla işləyən modul tipli elektrik stansiyalarına tələbatı artırıb. Buna görə də qaz qiymətlərində artım müşahidə olunur. Mənə elə gəlir ki, bu müvəqqəti haldır və bir müddət sonra qiymətlər tənzimlənəcək. Çünki Avropa bazarında qazın qiymətinin bu səviyyədə olması sənaye mallarınında da qiymətlərin artmasına səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, Avropa bazarında qazın qiymətinin artmasının ölkəmiz üçün faydası ola bilər:

"Azərbaycan da Avropaya qaz ixrac edən ölkələrdəndir. Lakin ölkəmiz də Avropaya uzunmüddətli kontraktlar əsasında qaz satır. Yəni indiki vəziyyətdə qazın qiymətinin artmasının bizim üçün elə də bir təsiri olmayacaq. Lakin gələcək kontraktlar üçün mövcud vəziyyəti nəzərə alsaq, düşünürəm, bu vəziyyətdən istifadə edə bilərik”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...