Avropa və ABŞ peyvəndlərlə bağlı inqilabi yenilik etməyə hazırlaşır: "Bu olmasa, pandemiya dövrü uzana bilər"

Avropa və ABŞ peyvəndlərlə bağlı  inqilabi yenilik etməyə hazırlaşır:
"Avropa və ABŞ-ın peyvənd şirkətlərinin müəlliflik hüququnun ləğv edilməsi ilə bağlı məsələ qaldırılıb. Ümumdünya Ticarət Təşkilatı da bu təklifi dəstəkləyib. ABŞ Prezidentinin də bu təklifi nəzərdən keçirəcəyi gözlənilir”.
 
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Elman Sadıqov deyib. Onun sözlərinə görə, Avropa bəyan edir ki, əgər ABŞ məsələyə müsbət yanaşsa, onlar da müvafiq addımı ata bilərlər:

"Artıq ABŞ və Avropanın 4 peyvənd şirkətlərinin səhmləri  müəyyən (1-2% ətrafında) dəyər itiriblər. Dərman və ya peyvənd ixtira edən şirkətlərin həmin dərmanları istehsal etmək üçün bir neçə il müstəsna hüquqları olur. Bu ona görə baş verir ki, dərman şirkətlərinin yeni dərmanlar ixtira etmək üçün stimulları olsun. 

Lakin, bir neçə il sonra həmin şirkətlər ya özləri öz müəlliflik hüquqlarını satır, ya da müvafiq prosedurlarla bu hüquqları başqa şirkətlər əldə  edirlər. Hazırki vaxt pandemiya ilə əlaqədar olaraq fors-major dövrüdür. Həmin şirkətlər peyvənd istehsalını özləri çatdıra bilmirlər. Peyvəndləmə daha sürətlə getməlidir, həm də bu proses daha uzunmüddətli ola bilər. Bu səbəbdən peyvəndlərin digər şirkətlərin (həmin peyvəndləri ixtira etməyən, lakin hüquqlar verilsə, istehsal edə biləcək) şirkətlərin istehsalına icazə verilməsi məsələsi qaldırılıb”.

Ekspert qeyd edib ki, məsələ həll edilərsə, bu sahədə inqilabi yenilik ola bilər:

"Yəni peyvəndlər daha çox şirkət tərəfindən, deməli daha çox sayda istehsal olunacaq. Əlçatanlıq artacaq. Görünən odur ki, pandemiya dövrünün ömrünü qısaltmaq istəkləri güclənməkdədir. Və yaxud, Hindistan məsələsi narahatlıq doğurub. Yəni müvafiq ciddi və fundamental "addımlar" atılmasa, pandemiya dövrü daha da uzana bilər”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...