Avro 2020 ilə bağlı poçt markaları bloku dövriyyəyə buraxıldı - FOTO

Avro 2020 ilə bağlı poçt markaları bloku dövriyyəyə buraxıldı - FOTO
Futbol üzrə Avropa çempionatı-EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxılıb.

NRYTN-dən Sfera.az-a verilən məlumata görə, məlum olduğu kimi, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) təşkilatçılığı ilə 2020-ci ildə keçirilməsi nəzərdə tutulmuş "EURO 2020” "COVID-19” pandemiyası səbəbindən təxirə salınıb və sözügedən idman tədbiri 2021-ci ildə baş tutub. Bu da markanın eskizində öz əksini tapıb.

Poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Xatırladaq ki, "EURO 2020” çempionatının 4 oyunu ölkəmizdə keçirilib.

 

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR