Cəmİyyət

ATV #EVDƏQAL HƏŞTƏQİNİ LOQOSU İLƏ EYNİLƏŞDİRDİ

ATV #EVDƏQAL HƏŞTƏQİNİ LOQOSU İLƏ EYNİLƏŞDİRDİ
 Efirdə ATV telekanalının loqosu ilə yanaşı #EVDƏQAL həştəqi yerləşdirilib.

Əhalini operativ surətdə son durum və operativ qərargahın zəruri tədbirləri haqıında məlumatlandırmaq məqsədilə hər saatın tamamında express xəbər buraxılışlarından sonra bu addım ATV-nin koronavirusa qarşı mübarizədə dövlət qurumlarının gürdüyü işlərə növbəti dəstək tədbiridir.

#EVDƏQAL nişanını loqosu ilə yanaşı yerləşdirməklə ATV telekanalı efiri  vasitəsilə ıhalinin diqqətini koronavirusun yayılması zəncirini qırılması vacibliyinə yönəltmək istədiyini bildirib.

Virusa yoluxma ehtimalını azaltmaq üçün insanlar yaxın təmaslardan çəkinməlidirlər. Məhz evdə qalmaqla, sosial izolyasiya tədbirləri ilə bağlı dövlət qurumlarının tövsiyələrə əməl etməklə koronavirusun kütləvi yayılmasının qarşısını almaq mümkündür.

"Azad Azərbaycan” Müstəqil Tele-Radio kompaniyası koronavirus təhlükəsi mövcud olan ilk gündən verilişlərinin böyük qismini əhalinin maarifləndirilməsinə və önləyici qorunma tədbirlərinin təbliğinə həsr edib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930