ATƏT PA-nın sədri: "Azərbaycanı dəstəkləyirik"

ATƏT PA-nın sədri:
 ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,

Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimlə bərabər, Azərbaycan xalqına sülh və tərəqqi arzularımı çatdırmaq istəyirəm.

Ölkəniz müstəqilliyini bərpa etdikdən sonra ATƏT ilə Azərbaycan qarşılıqlı olaraq faydalı əməkdaşlıqdan yararlanmışdır. Biz Azərbaycanı təhlükəsizliyin hər üç meyarı üzrə öhdəliklərinin icrasında qətiyyətlə dəstəkləyir, eyni zamanda, ölkənizin töhfələrini, xüsusilə də Xəzər dənizi regionunda təhlükəsizlik və iqtisadi inkişaf baxımından əlaqələrin daha da yaxşılaşdırılması istiqamətində son layihələri alqışlayırıq.

ATƏT regionundakı ölkələrin hökumətləri və parlamentləri misli görünməyən COVID-19 pandemiyası ilə mübarizə apararkən ATƏT-in Parlament Assambleyası qarşılıqlı yardımlaşma və koordinasiyanı, həmçinin ölkələrin gələcəkdə yüksək hazırlıq, müqavimət və çevik reaksiya imkanlarını gücləndirmək məqsədilə məlumat və təcrübə mübadiləsini təşviq etməkdə davam edir.

Millət vəkillərinizin onlayn tədbirlərimizdə fəal iştirakını qeyd edərək, xalqlarımızı davam edən böyük təhlükələrdən qorumaq, vətəndaşlarımızın fundamental hüquqlarını müdafiə etmək və iqtisadiyyatımızın uzunmüddətli inkişafını dəstəkləmək üçün Sizinlə və Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti ilə sıx işləməyə davam etmək əzmindəyəm.

İcazə verin, fürsətdən istifadə edərək, bütün dünya müsəlmanlarının müqəddəs Ramazan bayramını qeyd etdiyi bu günlərdə Sizə və Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzularımı çatdırım".

OXŞAR XƏBƏRLƏR

Ordudakı kadr dəyişikliyini zəruri edən nədir?

 "Hadisələrin gedişatını müşahidə edən biri kimi deyə bilərəm ki, Müdafiə Nazirliyində aparılan ciddi struktur və kadr islahatları ordunun daha da güclənmə...

"Huner Group"dan möhtəşəm fürsət

Huner Group Ağ Şəhərdə yeni layihəsi olan "Hünər Park” yaşayış kompleksində alıcılar üçün möhtəşəm fürsət təqdim edir.  8 mərtəbədən, 9 blokdan ibarə...

Deputatdan həmsədrlərə sərt ittihamlar

 "Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın 28 ildir Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuli...

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

 "Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir" Bunu sonxeber.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollar...

Ekspert: “Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib”

 "Gecə vaxtı döyüş atışlı kimi mürəkkəb təlimlərin keçirilməsi və heç bir xoşagəlməz hadisənin olmaması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Buna g...