AŞPA erməni deputatların təklifini RƏDD ETDİ

AŞPA erməni deputatların təklifini RƏDD ETDİ
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanın qurumdakı nümayəndə heyətinin atəşkəsdən sonra Dağlıq Qarabağa gələn və Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan terrorçu-diversantlarla bağlı irəli sürdüyü təklifi rədd edib.

Sfera.az xəbər verir ki, erməni deputatlar "erməni hərbi əsirlərin ölkəyə qaytarılmasının təxirə salınması" mövzusunun AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasını istəyiblər.

Onlar bunu "Avropa İnsan Hüquqları Standartlarının pozulması faktı" kimi qələmə veriblər. Ancaq AŞPA müzakirə təklifini qəbul etməyib.

Xatırladaq ki, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı irəli sürülən müzakirəsi təxirəsalınmaz dörd mövzudan yalnız ikisi səsvermə nəticəsində qəbul edilib. Onlardan biri 2021-ci ildə Alksey Navalnının həbsi və digəri internet nəhənglərinin söz azadlığına təhlükə mövzularıdır. /Report

OXŞAR XƏBƏRLƏR