Cəmİyyət

Aslan İsmayılov məhkəmədə Niyaməddin Orduxanlıya uduzdu

Aslan İsmayılov məhkəmədə Niyaməddin Orduxanlıya uduzdu

Sumqayıt Apellyasiya Məhkəməsi hüquqşünas Aslan İsmayılovun Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı ilə bağlı verdiyi şikayətə baxılıb.

Unikal.org xəbər verir ki, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, xüsusi ittihamçı A.İsmayılov tərəfindən verilən apellyasiya şikayəti baxılmamış saxlanılıb. Qeyd edək ki, hüquqşünas A.İsmayılov xüsusi ittiham qaydasında şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, BAXCP-nin sədr müavini N.Orduxanlı Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona qanunamüvafiq qaydada cəza təyin edilməsini xahiş edib.

A.İsmayılovun ərizəsində qeyd edilib ki, N.Orduxanov Kütləvi İnformasiya Vasitəsi hesab edilən "Facebook” sosial internet şəbəkəsində onun barəsində "çaqqal”, "abırsız, həyasız”, "üzəduran şərəfsiz”, "yaramaz və həyasız”, "anormal” və sair nalayiq, qeyri-etik ifadələr işlədərək, onun şərəf və ləyaqətini kobud şəkildə alçaldıb, yəni təhqir edib. Abşeron Rayon Məhkəməsi şikayətin məhkəmə baxışına təyin edilməsindən və icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıb. Qərardan xüsusi ittiham qaydasında şikayət verən A.İsmayılov apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930