Asiyalıların koronavirusu yüngül keçirməsinin səbəbi bilindi – 25 min il əvvəl nə baş vermişdi?

Asiyalıların koronavirusu yüngül keçirməsinin səbəbi bilindi – 25 min il əvvəl nə baş vermişdi?
Şərqi Asiyalıların koronavirusa qarşı müqaviməti 25 min il əvvəlki virusla bağlıdır.

Sfera.az xəbər verir ki, Arizona Universitetinin təkamül üzrə genetiki David Enard tərəfindən aparılan araşdırmanın məlumatları Amerika Antropoloqlar Birliyinin illik konfransında paylaşılıb.

Təqdim olunan məlumatlar göstərir ki şərqi asiyalılar koronavirus, və ya ona yaxın digər viruslara qarşı bəzi bioloji uyğunlaşmaları miras almış ola bilərlər.
Araşdırmaya görə, Asiyada 25 min il əvvəl meydana gələn koronavirusla bağlı olan patogenin səbəb olduğu epidemiya şərqi asiyalıların genlərində xüsusi dəyişiklik yaradıb və bu səbəbdən də bəzilərinin metabolizması COVID-19-a fərqli reaksiya verib.

Təxminən 2500 nəfərdən alınan DNT nümunələrinin incələnərək əldə edilən məlumata görə, bu qədim epidemiya ilə əlaqəli genetik yığılma sonrakı 20 min ildə davam edib.
 
5 min il öncə şərqi asiyalıların virusa uyğunlaşdıqları və ya virusun keçirdiyi mutasiya səbəbilə təsirini itirdiyi ehtimal olunur. Ortaya çıxan yeni məlumatın COVID-19 kimi viruslarla mübarizə üsullarını tapmağa imkan verə biləcəyi bildirilir. Virus və epidemiya tarixçəsi olan genlər daha effektiv dərmanlar hazırlamaq istəyən tədqiqatçılara ipucu verə bilər.

Fransanın Paster İnstitutundan sözügedən araşdırmada iştirak edən təkamülçü genetik Luis Quintana-Murci yeni kəşf haqqında bunları söyləyib: "Bu, şərqi asiyalıların uzun müddətdir ki, koronavirusa bənzəyən epidemiyalara məruz qaldıqlarını və virus hücumlarına genetik olaraq uyğunlaşdıqlarını göstərir".
O, bu məlumatın Şərqi Asiyada ölüm hallarının ABŞ və Avropa ilə müqayisədə nə üçün daha aşağı olduğunu izah etdiyini sözlərinə əlavə edib.
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR